2019 xatirələri

2019-cu ilin aprelində Bakı küçələri növbəti dəfə möhtəşəm bir yarış tamaşasına ev sahibliyi etdi və həmçinin azarkeşləri fasiləsiz əyləncələr proqramı ilə sevindirdi.
FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX

F1-in ən sürətli küçə treki

Trek valehedici və qədim Bakının tam mərkəzini əhatə edir.

Mərkəzi küçələrdə baş tutan yarış zamanı qədimliyin və müasirliyin ahəngdar vəhdətini nümayiş etdirmək ilk gündən təşkilatçıların əsas hədəfi idi.

XƏRİTƏDƏ GÖSTƏR
FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Maksimal sürət – 366 km/saat

ƏN SÜRƏTLİ ŞƏHƏR TREKİ

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Dünya səhnəsinin superulduzları

2019-cu ilin proqramı yenə də dünya səviyyəli əyləncə tədbirləri ilə zəngin idi.

Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 həftəsonu bütün bilet sahibləri üçün nəzərdə tutulmuş fasiləsiz əyləncələrlə zəngin idi.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Şənbə gecəsi inanılmaz səsə malik Jessie J-in Bakı Kristal Zalının səhnəsində ifa etdiyi hitlər və möhtəşəm canlı şousu ilə yadda qaldı.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Yaddaşlardan silinməyəcək həftəsonu bazar günü – Formula 1 SOCAR Azərbaycan Qran Prisində sonuncu bolid finiş xəttini keçdikdən bir neçə saat sonra Cardi B-nin ifası ilə başa çatdı

Avtoqraf sessiyaları

Formula 1 SOCAR Azərbaycan Qran Prisi günlərində məşhur Avtoqraf sessiyaları növbəti dəfə baş tutdu. Sessiyalar zamanı azarkeşlər sevimli F1 pilotlarından avtoqraf almaq, onlarla selfi çəkdirmək və ya sadəcə salamlaşmaq imkanı əldə etdi.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bu, azarkeşlərin sevimli F1 pilotları ilə söhbət etməsi və şəkil çəkdirməsi üçün əla imkan oldu.

Ailəvi əyləncələr

Bakı Şəhər Halqasının Əyləncə zonasında ailənin bütün üzvləri üçün hər bir şey düşünülmüşdü: böyüklər üçün fiziki güc tələb edən yarışlardan istirahət məkanlarına qədər, balacalar üçün isə uşaq oyun meydançaları.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX
FORMULA 1 AZERBAIJAN GRAND PRIX

İstirahət məkanları qonaqlara dincəlmək imkanı verirdi, uşaqlar isə xüsusi oyun zonalarında feys-art, F1 tərzində saç kəsimi, qolbaqların hazırlanması və oriqami dərslərinin hazırlanması kimi əyləncələrə sevinirdi.