İkinci bilet 50% endirimlə
İndi al

İdman tədbirlərinin reallaşması üçün könüllülər əsas qüvvədir. Könüllülərin dəstəyi olmadan hər hansı bir işi təsəvvür etmək çox çətindir.

Formula 1-in tələblərinə cavab verən hər bir kəs könüllü qismində qatılaraq 2016-cı ildə Azərbaycanın Bakı şəhərində ilk dəfə keçiriləcək dünya səviyyəli F1 yarışına dəstək ola bilər. Qatılmaq üçün hər hansı xüsusi bilik və bacarığa malik olmanız şərt deyil, sadəcə aşağıdakı ilkin tələblərə cavab vermək kifayətdir:

İngilis dilini bilməli
Minimum 16 yaşında olmalı
Gərgin iş rejimində işləməyi bacarmalı

Müxtəlif yaşda, müxtəlif cinslərə mənsub olan və fərqli təcrübəyə malik könüllülərdən ibarət heyətlər yarış zamanı Bakı Şəhər Halqası ailəsinə qoşula bilər. Bu ailənin üzvü olmaqla siz daha çox təcrübə, unudulmaz xatirələr, işgüzar əlaqələrinizi genişləndirmək və təbii olaraq həmkarlar və 2016 Formula 1 Avropa Qran Prisinin təşkilatçıları arasında yeni dostlar qazanmaq imkanı əldə edəcəksiniz. 

Facebookwww.facebook.com/BakuVolunteers
Instagramwww.instagram.com/formula1europeangpvolunteers/

Elektron hesabınıza daxil olun




Könüllülər


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.