Biletlər 30%-dək endirimlə
İndi al

Elektron hesabınıza daxil olun

Şərtlər və qaydalar

Ərizəçilər üçün şərtlər

Tez-tez verilən suallar

Dünyada keçirilən bütün Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində Marşallar böyük əhəmiyyət daşıyır. F1 aləmində Marşallara həmçinin “Yarış Rəsmiləri” də deyilir. Onların işi F1 pilotlarının təhlükəsizliyinin təminatında və bütün Marşal komandasının inzibati təşkilatçılığında həyati əhəmiyyət daşıyır.

Dünyada Marşallıq hobbinin bir növü olaraq qəbul olunur, insanlar müxtəlif yarışlarda Marşallıq edərək, həm maraqlı vaxt keçirirlər, həm yarışı yaxından izləmək şansı qazanırlar həmçinin hadisələrin mərkəzində olaraq tədbirin bir parçasına çevrilirlər. 

Azərbaycanda bu sahə yeni olmasına baxmayaraq, Bakı Şəhər Halqası  Əməliyyat Şirkəti tərəfindən təsis edilən “Baku Marshals Club” marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, müsahibələr və təlimlər keçirir, eyni zamanda beynəlxalq Marşal Klubları ilə də sıx əməkdaşlıq qurur.

Marşallar yerinə yetirdikləri müxtəlif növ vəzifələrə əsasən növlərə bölünürlər:

Sektor Marşalları 

Trek xəyali olaraq “sektorlara” bölünür və hər bir sektora nəzarət bir Sektor Marşalı və onun bir və yaxud iki müavininə tapşırılır. . Sektor Marşalları trek üzrə təyin olunduqları sahədə əsas səlahiyyətli nümayəndə hesab olunur və Sektorda baş verən bütün işlərə görə məsuliyyət daşıyırlar. 

Trek Marşalları 

Trek Marşalları halqa boyunca nəzarət postlarında yer alan əsas marşallardır. Onların bir çox vəzifələri var. Trek marşalları rəsmilər arasında ən çox məsuliyyət daşıyan şəxslərdir. Onların vəzifələrinə trekə daxil olub, onu qalıqlardan təmizləmək, təhlükədə olan avtomobilləri itələmək və qəzadan sonra ərazini təmizləmək daxildir. Bu işi görə bilmək üçün zirəklik, komandada işləmək qabiliyyəti, dözümlülük və təcrübə tələb olunur.

Bayraq Marşalı 

FİA qaydalarına əsasən, Bayraq Marşalları trek boyunca Marşal Məntəqələrində Yarış iştirakçılarını bayraq vasitəsilə məlumatlandıran məsul şəxslərdir. Onların başlıca vəzifələri sürücülərlə bayraqlar vasitəsilə əlaqə quraraq, onları qarşıda olan təhlükə barəsində məlumatlandırmaq; qəza anında öz mövqeyində qalaraq yolda baş vermiş təhlükə barədə xəbərdar etməklə digər Marşalların təhlükəsizliklərini təmin etməkdir.

Rəqəmsal Bayraq Marşalları

• Rəqəmsal Bayraq Marşalları halqa boyu müvafiq mövqelərdə yerləşdirilib, digər Bayraq Marşallarının gördüyü işi  görürlər, yeganə fərq odur ki, onlar bayraq əvəzinə displeydən istifadə  edirlər.

Start və Finiş Marshalları

Start və finiş marşalları yarışı başlamaq və bitirmək üçün damalı bayraqlardan, elektron vaxt tablolarından və digər vasitələrdən istifadə edirlər. Onlar start/finiş xəttində müxtəlif bayraqları (Qara bayraq, mexaniki bayraq və s.) göstərməyə görə cavabdehlik daşıyırlar.

Yanğınsöndürən və Xilasetmə Marşalları 

Xüsusi təlim görmüş Yanğınsöndürən və Xilasetmə marşalları motoir dmana aid olan sahələrdə və ya mülki sahədə yanğınsöndürmə üzrə geniş təcrübə əldə ediblər. Onlar tədbir zamanı bütün yanğın və xilasetmə işlərinə görə cavabdehlik daşıyırlar.

Tibbi Marşallar 

Bu xidmətə həkim heyəti (həkimlər, orta təhsilli tibb işçiləri, tibb bacıları və s.), avadanlıq və nəqliyyat vasitələri trekdə təxirəsalınmaz kömək, yaralıların daşınması, Tibbi Mərkəz, kommunikasiya, əvvəldən təyin olunmuş xüsusi xəstəxanalar  daxildir.

Texniki Təftiş Marşalları 

Bu təftiş marşalları gündəlik olaraq hər bir avtomobili, o cümlədən qəzaya uğramış  avtomobilləri təftiş edərək təhlükəsizlik və uyğunuq tələblərinə cavab verdiyini müəyyən edir.  

Pit və Sıra Düzülüşü Marşaları

Bu marşallar hər bir tədbirdən əvvəl start düzülüşünü qururlar. Onların vəzifələrindən biri tədbir zamanı pit xəttindəki nəqliyyat vasitələrini və insanları yönləndirməkdir.

Bərpa üzrə Marşal

Bu qrupa evakuator avtomobillərinin heyəti və önların köməkçiləri daxildir. Onların vəzifəsi tədbir zamanı və tədbirdən sonra sıradan çıxmış və hərəkətsiz qalmış avtomobilləri trekdən uzaqlaşdırmaqdır.

Kommunikasiya üzrə Marşallar (və ya Müşahidəçilər)

Bu Marşallar Rabitəçi və ya Müşahidəçilər kimi tanınırlar. Onlar hər bir marşal postuna təyin edilir, baş verənləri müşahidə edib, Yarışa Nəzarət otağına xüsusi audio rabitə kanalları vasitəsilə  məlumat ötürürlər.

Hüdudlar üzrə Marşallar

Hüdudlar üzrə marşalların əsas vəzifəsi halqa boyun çətin vəziyyətdə qalmış sürücülərə kömək etmək və onları yubanmadan pitlərə aparmaqdır.

Logistika və Marşalların Təchizatı 

Tədbir zamanı digər marşalların məişət təchizatına nəzarət edən marşallar var. Onların vəzifəsi digər marşalları tədbirdən əvvəl və tədbir zamanı yemək, su, avadanlıq, dəftərxana məhsulları, radio qurğuları və geyimlə təmin etməkdir.

YARIŞ SƏNDƏN BAŞLAYIR !

Bizim Facebook səhifəmiz
info@bakumarshalsclub.az
(012) 404 13 83






Bakı Marşal Klubu


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.