İstirahət məkanları qonaqların rahahtlıqla dincələ biləcəyi yerlərdir. Bura şərq və qərb üslubunda rahat oturacaqlar, çətirlər və şezlonqlar ilə təchiz olunub.

ƏYLƏNCƏ DOLU HƏFTƏSONU

İstirahət məkanları
F1® Azarkeş zonası səhnəsi
Musiqi və əyləncəni sevirsinizsə, F1® Azarkeş zonası Səhnəsi məhz sizin üçündür. Azarkeş zonasının səhnəsində keçiriləcək avtoqraf sessiyalarına qatılmağı unutmayın. Hər bir F1® komandasının imza günü tarixini öyrənmək üçün yaxınlıqda yerləşən məlumat nöqtəsinə müraciət edin.


F1® Esports oyun zonası
Formula 1 pilotlarının yarış təcrübəsini F1® simulyatorlarından yaxşı heç nə əvəz edə bilməz. Formula 1 həyəcanını Bakı Şəhər Halqasının trekində yaşamaq istəyən F1® azarkeşləri ən yüksək nəticəni bizim ən son texnologiyalar ilə təchiz olunmuş simulyatorlarımızda yarışaraq göstərə bilər. F1® Esports oyun zonasında qonaqlar hətta Formula 1 sürücülərinin rekordlarını qıra və hər şeyə pilot gözü ilə baxa bilərlər.
F1® pit-stop yarışı
F1® Azarkeş zonasındakı F1® pit-stop yarışında iştirak edərək komanda ruhunu hiss edin. Burada dostlarınızla birgə Formula1 bolidinin təkərlərini mümkün qədər sürətlə dəyişərək əsl pit-stop həyacanını yaşaya bilərsiniz.


F1® 2022 Bolidi
2022-ci il Formula 1 bolidi ilə şəkil çəkdir və Qran Pri həftəsindən xatirə apar.
Konstruktor papaqları
Qızmar Bakı günəşindən gizlənmək üçün bu xüsusi konstruktor papaqlarının altında dincinizi alın.


F1® Açıq səma altında qalereya
F1® Azarkeş Zonasında yerləşən açıq səma altında qalereya sizə fantastik hisslər yaşadacaq. Burada siz Formula 1 Azərbaycan Qran Prisinə aid fotoları, həmçinin Formula 1 pilotları ilə tanış ola və onların ən yaxşı yarış anını əks etdirən foto və portretləri görə biləcəksiniz.
Qaliblər divarı
Tarixə səyahət et və Azərbaycan Qran Prisinin əvvəlki qalibləri ilə şəkil çəkdir.


Xatirə lövhəsi
Xatirə lövhəsi ən gözəl anları və arzuları əbədiləşdirmək üçün mükəmməl bir şansdır. Yaşından asılı olmayaraq hər bir azarkeş lövhədə Formula 1 və ya Azərbaycan Qran Prisi xatirələrini, eləcə də gələcəyə dair arzularını qeyd edə bilər.
Xoş əhval divarı
Formula 1 əhvalınızı əbədiləşdirəcəyiniz yer!


Podiumun real ölçülü maketi
Formula 1 Qran Prisinin qalibi olmağın necə bir hiss olduğunu bilmək istəyənlər podiumun real ölçülü maketinə qalxaraq bu anı fotoşəkillərə həkk edə bilər.
İstirahət məkanları
İstirahət məkanları qonaqların rahahtlıqla dincələ biləcəyi yerlərdir. Bura şərq və qərb üslubunda rahat oturacaqlar, çətirlər və şezlonqlar ilə təchiz olunub.


Xatirə lövhəsi
Xatirə lövhəsi ən gözəl anları və arzuları əbədiləşdirmək üçün mükəmməl bir şansdır. Yaşından asılı olmayaraq hər bir azarkeş lövhədə Formula 1 və ya Azərbaycan Qran Prisi xatirələrini, eləcə də gələcəyə dair arzularını qeyd edə bilər.
Hərf formalı oturacaqlar
Azarkeşlərin oturub istirahət edə biləcəyi və eyni zamanda əlifbanın hərflərindən ibarət olan oturacaqlarda şəkil çəkmək imkanından zövq alın.


Qobustan
Azərbaycan mədəniyyətini tərənnüm edən müasir və kreativ performans.
Dünya mədəniyətlərinə toxun!
Rəngarəng əl heykəllərinə nəzər yetir və əlini dünyaya uzat!


Azərbaycan mədəniyyəti guşəsi
Burada Azərbaycana aid müxtəlif interaktiv ənənəvi fəaliyyət və sənət nümunələri təqdim olunur. Azərbaycanın ruhunu hiss etmək və araşdırmaq üçün əla fürsət!
İstirahət məkanları
İstirahət məkanları qonaqların rahahtlıqla dincələ biləcəyi yerlərdir. Bura şərq və qərb üslubunda rahat oturacaqlar, çətirlər və şezlonqlar ilə təchiz olunub.


Podiumun real ölçülü maketi
Formula 1 Qran Prisinin qalibi olmağın necə bir hiss olduğunu bilmək istəyənlər podiumun real ölçülü maketinə qalxaraq bu anı fotoşəkillərə həkk edə bilər.
Uşaq pit-stopu
Uşaq pit-stopu tədbirə azyaşlılar ilə qatılan valideynlər üçün nəzərdə tutulmuş bir yerdir. Burada uşaqlar incəsənət və sənətkarlıq mövzusuna aid müxtəlif ustad dərslərində iştirak edə, xoş mühitdə əyləncəli oyunlar oynaya biləcəklər. Bundan əlavə, üz boyaması, qolbaq və oriqami hazırlanması və s. kimi müsabiqələrdə iştirak etmək imkanı bu guşəni bütün uşaqların sevimli məkanına çevirəcək.


Fırlat və Qur
Formula 1 bolidlərinin müxtəlif hissələrə bölündüyü interaktiv instalyasiya. Bakı Şəhər Halqasının qonaqları həmin hissələri fırladaraq yenidən Formula 1 bolidinin şəklini tamamlamalıdırlar.
Dırmanma Divarı
Əgər siz çətin tapşırıqlara meydan oxumaq, həm də gücünüzü sınamaq istəyirsinizsə, o zaman adrenalin dolu Dırmanma Divarı tam sizlikdir.


Alt-üst otaq
Optik illüziyaları sevirsinizsə, bu otağı heç tərk etmək istəməyəcəksiniz. Bütün F1 azarkeşləri üçün interaktiv və möhtəşəm təcrübə.
Örtülü Oyun Qalası
Siz istirahət zonasında dincələrkən uşaqlarınızın əylənə biləcəyi və yeni dostlar qazanacağı möhtəşəm oyun məkanı.


Batut
Uşaqların birgə aktiv vaxt keçirəcəyi Batut onların sevimli əyləncələrindən biri olacaq.
Gəzən memuar
Bənzərsiz meydan tamaşası! Azərbaycan nağıl qəhrəmanlarının canlanmasını izlə!


Rəngarəng barabançılar
Qonaqların da qoşulub rəqs etdiyi və şən mahnılarla müşayiət olunan zərb alətləri xareoqrafiyası.
Məhşur rəsm əsərləri paradı
Bir qrup incəsənətsevər dünyanın ən məşhur rəssamlıq incilərini üzərilərinə "geyinərək" bu şah əsərləri canlandırır. Əyləncə zonasında bu sizin diqqətinizi mütləq cəlb edəcək.


Uzunayaqlı Gəzərlər
Bu inanılmaz sənətkarlar ekstremal akrobatik hərəkətləri ilə hər yaşda auditoriyanın marağına səbəb olurlar. 2022 Azərbaycan Qran Prisinin ən hündür adamları ilə şəkil çəkmək imkanını qaçırmayın. Bu il bizim uzunayaqlı gəzərlərimiz avtomobil idmanı mövzusunda hazırlanmış kostyumlarla həftəsonuna inanılmaz yarış atmosferi qatacaqlar.
Milli rəqs
Bakı küçələrində ənənəvi Azərbaycan rəqslərindən zövq alın.


Qobustan və ovçular rəqs şousu
Azərbaycanın rəqs tarixi öz köklərini daş dövründən götürür. Şou ərzində bu qədim ənənəni yaxından izləyin və zövq alın.
Janqlyor
Küçə sənətçisinin bacarıqları sizi valeh edəcək.


Bakı Qrupu
Enerjili ansambl klassik və modern musiqili flaşmob performansı ilə səhnədə çıxış edəcək. Sizə fantastik festival atmosferi vəd olunur.
Karikatura
Əyləş və qoy karikaturist səni məzəli bir incəsənət nümunəsinə çevirsin.


Səhnə tədbirləri
Səs Azərbaycan yarışmasının ulduzları - Leyla İzatova və Əmir Paşayev və istedadlı qruplar - Easy and Excellent trek seansları arasında F1® Fanzone Stage-də tamaşaçıları əyləndirəcək. Tamaşaçılar F1 Fan Zona Səhnəsində, Mini Səhnədə və DJ Podiumlarında DJ-lər Tim, Haydar, Vugarixx, Nicolas Mun və Bikoo ifasında canlı musiqi dinləyə və rahat atmosferdə əyləncəli vaxt keçirə bilərlər.
Dövlət Himni mərasimi
Dövlət Himni mərasimi Formula 1 Azərbaycan Qran Prisinin mühüm hissələrindən biridir. Mərasim Azərbaycanın dövlət rəsmilərinin və Formula 1-in yüksək vəzifəli şəxslərinin iştirakı ilə Qran Priyə ev sahibliyi edən ölkəyə, eləcə də bu möhtəşəm tədbirdə iştirak edən bütün ölkələrə hörmət əlaməti olaraq təşkil olunur. Dövlət Himni mərasimi 12 iyun, bazar günü, yarışın startından bir qədər öncə baş tutacaq.


Podium mərasimi
Podium Mərasimi bazar günü yarış bitəndən dərhal sonra baş tutur.