2017 Formula 1 Azərbaycan Qran Prisi üçün biletlər
İndi al
2017-cı il Formula 1 Azərbaycan Qran Prisi və bütövlükdə 2017-CI İL FIA FORMULA BİR DÜNYA ÇEMPİONATI üçün Media akkreditasiyası prosesi Beynəlxalq Avtomobil Federasiyası (FIA) və FORMULA ONE MANAGEMENT (FOM) tərəfindən kurasiya olunur və müraciət edən Kütləvi İnformasiya Vasitəsinin (KİV) növündən asılı olaraq üç şəkildə həyata keçirilir:

• Bakı Şəhər Halqası vasitəsilə onlayn akkreditasiya: yalnız yerli KİV: qəzet, jurnal, TV, radio, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur;

• Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi internet səhifəsi üzərindən olan onlayn akkreditasiya. Bu isə 2017-cı il Formula 1 mövsümünün yarışları üçün müraciət edən bütün beynəlxalq KİV: qəzet, jurnal, TV, xəbər agentlikləri və vebsayt əməkdaşlarına şamil olunur

• Hər hansı bir KİV-i təmsil etməyən kommersiya tipli fotoqraflar bir qayda olaraq kommersiya hüquqlarına nəzarətedici qurum olan: Formula One Management Ltd, Akkreditasiya xidmətləri, Princes Gate 6, London SW7 – Böyük Britaniya - Tel (+44) 207 584 6668 / Fax (+44) 207 589 2191. E-mail: accreditationoffice@fomltd.com ünvanına müraciət etməlidirlər.

Əgər beynəlxalq KİV orqanını təmsil edirsinizsə, o zaman Beynəlxalq Avtomobil Federasiyasının (FIA) rəsmi internet səhifəsi üzərindən olan onlayn akkreditasiyaya müraciət etməyiniz tövsiyə olunur. Bunun üçün aşağıdakı keçidə daxil olmaqla, yarışmanın növünü seçib, ilk öncə təmsil etdiyiniz qurumu qeydiyyatdan keçirməlisiniz.

https://acr.fia.com/ECR/jsp/_login.jsp?language=0

Nəzərinizə çatdırırıq ki, FIA-nın rəsmi səhifəsində onlayn qeydiyyatdan keçmək akkreditasiyaya müraciət hesab olunmur. Siz onlayn qeydiyyatı uğurla başa vurduqdan sonra akkreditasiyaya müraciət etməlisiniz. Suallarınızla bağlı sgomez@fia.com e-mail ünvanına müraciət edin.

Yerli KİV nümayəndəsi kimi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti vasitəsilə media akkreditasiyasına müraciət etmək üçün aşağıdakı formanı 31 mart, 2017-ci tarixinədək (saat 17:00) doldurmağınız xahiş olunur. (link)

Müraciət forması ilə ətraflı tanış olaraq tam şəkildə doldurub onlayn şəkildə təqdim etməyiniz xahiş olunur. Natamam və ya gecikmiş müraciət formaları nəzərə alınmayacaqdır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq Sizi Azərbaycanda keçiriləcək 2017-cı İL AZƏRBAYCAN QRAN PRİSİNDƏ iştirak etməyə dəvət edirik.

Suallarınızla bağlı accreditation@bakugp.az e-mail ünvanına və ya +994 12 404 13 83 telefonuna müraciət etməyiniz xahiş olunur.

Jurnalistin / Fotoqrafın məlumatları
Bəli   Xeyr
Bəli   Xeyr
KİV
Tələb olunan sənədlər


2017 Formula 1 Avropa Qran Prisinə biletlərin satışı haqqında ilk məlumatı Sən əldə et və Bakı Şəhər Halqası haqqında olan bütün yenilikləri bizdən öyrən.