İyun

20

Sauber ikilisi Bakıda baş tutacaq yarışı gözləyir

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Çətin keçən Monreal yarışından sonra, Sauber komandası bu il Formula 1 Dünya Çempionatının səkkizinci mərhələsi üçün Azərbaycana gəlməyə hazırlaşır.

2016-cı il debütündən sonra, ikinci dəfə Bakı Şəhər Halqası Qran Priyə ev sahibliyi edəcək. Monako və Sinqapurdan sonra təqvimdəki 3 şəhər trekindən biri olan Bakı treki öz möhtəşəm mənzərəsi ilə seçilir.

Markus Erikson

"Bu, maraqlı məkan olan Bakıya ikinci səfərimiz olacaq. Bu şəhər treki uzun sürətlənmə düzlüklər və fərqli döngələr kombinasiyası ilə seçilir. Keçən mövsüm, yüksək trek hərarəti təkər üzərində idarəetməyə təsirsiz ötüşmədi. Bu il də eynisini gözləyirəm. Komanda olaraq məqsədimiz bolidin performansında inkişafa nail olmaqdır."

Paskal Verlayn

"Bakıya qayıtmağı səbirsizliklə gözləyirəm. Keçən il Formula 1 ilk dəfə olaraq Azərbaycanda baş tutduğu üçün, hamımıza orada olmaq maraqlı idi. Bolidi trekə uyğun hala gətirmək, bütün komandalar üçün, çətin tapşırıq idi. Quruluş baxımından trekdə ən yüksək sürət ilə tarazlığı qoruya bilmək yarışda uğura aparan əsas amillərdəndir."