İyun

20

Mario İsola: Bakı treki Monreal və Monako trekinə bənzəmir

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Pirellinin yarış meneceri Mario İsoladan Azərbaycan Qran Prisi haqqında:

"Monako və Monreal treklərindən sonra, Bakı üçüncü daimi olmayan trekdir, ancaq onun fərqli xüsusiyyəti var. Çox sürətli olan trek təkərlərdə çox enerjinin yığılmasına səbəb olur və keçən il olduğu kimi, bu il də trekdə hərarət yüksək ola bilər. Bu səbəblərə görə, biz bu il də 2016-cı ildə olduğu kimi işə yarayan, orta spektrlı təkərlərdən istifadəni seçirik. Ola bilər ki, proqnozların əksinə, bolidlərin təhlükəsizliyi ilə bağlı sürpriz baş versin. Buna görə də, yarışın strategiyasını hazırayan zaman bu amil diqqətə alınmalıdır. Aşağı sürət tələb edən döngələr və uzun düzlüklərin vəhdəti ilə doğru balansı saxlamaq xüsusən də əyləcdən istifadə baxımından çətindir."