İyun

20

Toro Rosso pilotları Azərbaycan Qran Prisini dəyərləndirir

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

"Toro Rosso" pilotları Azərbaycan haqqında nə düşünürlər?

Daniil Kvyat

"QUCAQLAŞMA": "Trek özünəməxsus olduğu üçün orada yarışmaq əla olacaq. Onun xoş təsir bağışlayan quruluşu var. Belə ki, trekin sürətlənmə düzlükləri olduqca uzundur və anidən darlaşan hissədə sanki divarlar "QUCAQLAŞIR". Həmin hissədən sadəcə bir maşının keçə bilməsi, yarışı daha da həyəcanlı edir. Bakı trekinin həm Monako, həm də Monza treklərinə bənzəyən hissələri var, ancaq yenə də deyərdim Bakı treki fərqlidir və mənim xoşuma gəlir."

SÜRƏT: Keçən il bizim Bakıda sıralanma turumuz uğurlu keçdi. Yeddinci sırada bitirdim və SÜRƏT də yaxşı idi. Mən hətta yarışa altıncı sırada başladım. Həqiqətən də, yarışı tamamlaya bilməmək bizim üçün sadəcə utancverici idi. Ümidvaram ki, bu həftəsonu, biz yarışı daha yaxşı nəticə ilə sonlandırarıq.

GÖZ QIRPIMI: Biz Bakıda tıxacda qalma riski ilə üzləşmirik. Çünki trek bizim qaldığımız məkandan demək olar bir neçə addım aralıdır. Oyanırsan və özünü bir GÖZ QIRPIMINDA iş başında görürsən.

MÜASİR: Nə qədər istəsəm də, keçən il Bakını kəşf etməyə vaxtım olmadı. Lakin bu il qədim və MÜASİR arxitekturanın maraqlı vəhdəti ilə yaxından tanış olmağa çalışacağam. Heydər Əliyev Mərkəzini səyahət etmək istədiyim məkanlardan biridir. Bu tikili həqiqətən də çox gözəldir.

İLK DƏFƏ: İndiyədək qazana bilmədiyimiz yarış xalları hələ də hədəfimizdədir. İLK DƏFƏ olaraq hər hansı trekdə qazanılan xallar insana xoş hisslər verir. Ümidvaram, bu ilki yarışda uğurlu çıxış edərək müəyyən xallar toplaya biləcəyik."

Karlos Saynz

ÇƏTİN: "Bakı trekini Monako treki ilə müqayisə edə bilmərik, baxmayaraq ki, hər ikisi də şəhər trekidir. Bakı treki daha yaxşı və ya pis deyil, ancaq fərqlidir. Bu trekdə yarışmaq çox ÇƏTİNdir. Deməzdim ki, Monako trekindən daha çətindir. Sadəcə, Bakı trekində edilən kiçik səhvin ciddi nəticələri ola bilər. Ona görə də, hər daim diqqətli olmaq lazımdır.

MÜBARİZƏ: Keçən il, Bakıdakı yarışdan zövq aldım. Fikrimcə, bu yarış özünəməxsus idi. Bu qədər zövq aldığım halda, yarışı tamamlaya bilməmək təəssüfləndirici hal idi. "McLaren" və "Red Bull" komandaları ilə gərgin MÜBARİZƏ apardığımı xatırlayıram və bu baxımdan yarışda rahat ola bilmədim.

QALA: 300 km/saat sürətlə hərəkət edərkən Bakının gözəl görüntülərindən zövq almaq fürsətimiz olmadı. Bakının ən çox sevdiyim hissəsi orta əsrlərə aid olan QALA divarları oldu. Orada çəkilmiş yarış şəkillərinin bəziləri olduqca məxsusi idi.

TUALET: Bizim otelin trekə yaxın olması ən sevdiyim amillərdən idi. Paddokun girişi olduqca yaxın idi. Qarajdan bir neçə dəqiqəlik məsafədə yatıb dincəlmək və bütün işlərini qaydasına qoymaq imkanı mükəmməl idi. Hətta gün ərzində istəsən otağındakı TUALETi belə istifadə edə bilərdin.

İQLESİAS: Keçən il Bakıda Enrike İqlesias ilə görüşmək imkanı gözəl idi. O, əla insandır. Bu imkan tək mənim üçün sevindirici məqam olmadı. Mənim bacılarım onun böyük azarkeşidir və onlar Enrike ilə zaman keçirməkdən məmnun oldular. Mən onların necə həyəcanlandığını gördüm və bu, məni güldürmüşdü. Onlar, həmçinin, Enrikenin bu il Bəhreyndə baş tutan konsertində də iştirak etdilər. Mən yayda Enrikenin musiqilərini çox dinləyirəm."