Dekabr

01

Bakı Şəhər Halqası Akademiyası Azərbaycandakı Amerika Ticarət Palatasının növbəti komitə iclasına ev sahibliyi edib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Azərbaycandakı Amerika Ticarət Palatasının (AMCHAM) İnsan Resursları komitəsinin növbəti iclası Bakı Şəhər Halqası (BŞH) Akademiyasında keçirilib. İclasda açılış nitqi söyləyən BŞH-nin İnsan Resurları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və rəhbərlik etdiyi şöbənin fəaliyyəti haqqında onlara ətraflı məlumat verib.

Təqdimat zamanı İ.Əhmədova BŞH-nın dəyərlərindən, şirkət daxilində işçilərə olan münasibətdən və onlar üçün yaradılan imkanlardan danışıb və həmçinin Formula 1 yarışlarının ölkə üçün yaratdığı üstünlüklər və fürsətlərdən də söhbət açıb.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bundan başqa görüş zamanı iştirakçılara BŞH-nin İşçi Qüvvəsi şöbəsi tərəfindən könüllülərin seçim prosesinin aparılması qaydaları, könüllülər üçün təşkil edilən seminar, treyninqlər və dil kursları və eyni zamanda könüllülərin əldə etdiyi uğurlar barəsində geniş məlumat verilib.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

İ.Əhmədova bildirib ki, əsas məqsəd könüllülərin şəxsi inkişafını təmin etməkdir: “Könüllülərimizin böyük hissəsi bizim gənclərdir və könüllülər proqramı məhz bu gənclərimizin inkişafına istiqamətləndirilib”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Təqdimat iştirakçıların böyük marağına səbəb olub. Əmək qanunvericiliyinə həsr olunmuş iclasda palataya üzv şirkətlərin hüquqşünasları panel formatında tədbir iştirakçılarının suallarını cavablandırıblar. İclasın sonunda AMCHAM nümayəndələri yüksək səviyyəli təşkilatçılığa görə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə öz təşəkkürünü bildiriblər.