Oktyabr

02

Bakı Şəhər Halqası Formula 1 ilə maraqlanan jurnalistlər üçün Media Klubu təsis edib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sentyabrın 28-də Azərbaycanda fəaliyyət göstərən Kütləvi İnformasiya Vasitələrində (KİV) çalışan jurnalistlər üçün BŞH Media Klubunun yaradıldığını elan edib. Bu məqsədlə “Fairmont” hotelində keçirilən görüş zamanı kluba dəvət olunmuş jurnalistlərin şərəfinə şam yeməyi verilib.

Tədbir iştirakçıları qarşısında çıxış edən BŞH-nin Marketinq və Kommunikasiya Şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə klubun məqsədi, kluba üzv olmağın şərtləri və qazandıracağı üstünlüklərlə yanaşı klubun illik fəaliyyəti barədə ətraflı məlumat verib.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Şirkət rəsmisi BŞH Media Klubunun Formula 1 yarışlarına maraq göstərən yerli jurnalistlərin sıralarının genişləndirilməsinə xidmət edəcəyini bildirib: “Klubun yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, Formula 1 yarışlarına yaxından maraq göstərən yerli media nümayəndələri arasında möhkəm həmrəylik formalaşsın və ölkəmizdə bu idman sahəsini keyfiyyətli şəkildə işıqlandıran jurnalistlərin sayı ildən-ilə artsın.

Formula 1 Qran Pri yarışlarından mütəmadi şəkildə yazan hər bir media nümayəndəsi kluba üzv ola bilər. Klub üzvləri BŞH-nin keçirdiyi tədbirlərdə və əyləncə proqramlarında eksküliziv iştirak etmək imkanı əldə etməklə yanaşı əməliyyat şirkətinin təqdim etdiyi bir sıra kampaniyalarından da yararlana biləcəklər.”

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Tədbirin sonunda klubun ilk üzvləri BŞH-nin rəsmiləri ilə birlikdə Formula 1-in əfsanəvi pilotu Ayrton Senna haqqında çəkilmiş sənədli filmə tamaşa ediblər.

BŞH Media Klubuna üzv olmaq istəyən media nümayəndələri [email protected] elektron ünvanına yazaraq müraciət edə bilərlər.