Dekabr

01

“Könüllülərin spikeri” proqramı çərçivəsində daha bir təlim keçirilib

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2018 Formula 1 Azərbaycan Qran Prisinin könüllüləri üçün “Özünü tap!” mövzusunda təlim təşkil edib. BŞH Akademiyasında baş tutan təlimdə tanınmış blogger və aktyor Taleh Yüzbəyov çıxış edib.

O, könüllülərə doğru ixtisas və peşə seçimi haqqında məlumat verib. İstədiyi sahədə təhsil almaq üçün üzləşdiyi çətinliklərdən danışan gənc aktyor sənətə gəlməsi, məşhurluq qazanması və eləcə də bloqqerlik fəaliyyəti haqqında könüllülərə ətraflı məlumat verib.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

T.Yüzbəyov könüllülərin suallarına cavab olaraq uğurlu videonun (bloqun) hazırlanma sirlərindən də söhbət açıb. Həmçinin o, teatr və kino sənətinin incəliklərindən və həmçinin aktyorluq sənətinin çətinliklərindən də danışıb.

Qeyd edək ki, BŞH Akademiyasının təşkilatçılığı ilə “Könüllülərin spikeri” proqramı çərçivəsində oxşar görüş və təlimlər növbəti həftələrdə də təşkil olunacaq.