Dekabr

08

Könüllülərin Monako müsabiqəsi: 5 könüllüyə 5 günlük səyahət hədiyyəsi!

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 27-29 aprel 2018-ci il tarixlərində keçiriləcək növbəti Azərbaycan Qran Prisinə hazırlıq ərəfəsində və yarış ərzində yüksək fəallığı ilə seçilən 5 könüllünü 2018 Formula 1 Monako Qran Prisinə göndərəcək.

Ən yüksək nəticə toplayan könüllülər 25-27 may 2018-ci il tarixlərində baş tutacaq Monako Qran Prisində iştirak edəcək və yarışın təşkilatçıları ilə qarşılıqlı təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

Müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq yaratmaq və eləcə də Bakıda keçiriləcək növbəti Formula 1 yarışında yüksək fəallığı ilə seçilən könüllüləri mükafatlandırmaqdır.

Könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq. Bu əvəzolunmaz hədiyyəni qazanmaq istəyən hər bir könüllü yarışa qədər olan  müddətdə maksimal dərəcədə fəal olmalı, sosial mediada mütəmadi olaraq könüllülük fəaliyyətinə dair paylaşımlar etməli, bütün seminar və təlimlərdə fəal iştirak etməli, yarış ərzində yüksək peşəkarlığı ilə fərqlənməli və həmçinin yekunda keçiriləcək ümumi imtahanda ən yüksək beş nəticədən birinə yiyələnməlidir.

Müsabiqədə kimlər iştirak edə bilər?

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs əvvəlcə 2018 Formula 1 Azərbaycan Qran Prisinin Könüllülər Proqramının bütün seçmə mərhələlərindən keçərək könüllü adını qazanmalıdır. Bundan başqa, orta səviyyədə ingilis dilini bilməli və eyni zamanda 18 yaşdan yuxarı Azərbaycan vətəndaşı olmalıdır.

Qaliblər necə müəyyənləşdiriləcək?

Könüllülərin fəaliyyəti əsasən 4 istiqamət üzrə qiymətləndiriləcək: şəxsi inkişaf təlimləri, könüllülük fəaliyyətinə dair tədbirlərdə iştirak, yarış zamanı göstərilən fəallıq və bütün təlimlər üzrə keçirilən ümumi imtahan. Hər bir meyarın dəyəri aşağıdakı cədvəldə göstərilib.

Qiymətləndirmə prosesi iki mərhələdə aparılacaq:

İmtahana qədər olan mərhələdə mümkün 59 baldan azı 36 bal toplayan və həmçinin şəxsi və peşəkar inkişafa dair keçirilən seminarların azı 3-də iştirak edən könüllülər növbəti mərhələyə - ümumi imtahana buraxılacaqlar.

İmtahandan sonra isə yekun qiymət cədvəlində ən çox bal toplamış 5 könüllü müsabiqənin qalibi ünvanına yiyələnərək Monakoya səfər etmək imkanı əldə edəcək.

 

Kriteriya

Bal

Seminarlarda iştirak

14

Şəxsi və peşəkar inkişaf seminarları

14

Modul 1

2

Modul 2

2

Modul 3

2

Modul 4

2

Modul 5

2

Modul 6

2

Modul 7

2

Təbliğat fəaliyyətinə dair tədbirlərdə iştirak

20

Birgünlük tədbirlərdə iştirak

5

Daha uzunmüddətli tədbirlərdə iştirak

5

Sosial media vasitəsilə təbliğat işlərində fəallıq

5

Müsabiqələrin qalib komandaları  (hər komanda 5 nəfərdən ibarət olur)

5

Formula 1 yarışı zamanı verilən rol üzrə fəaliyyət

25

Rəhbərlərin müsbət rəyi

10

Verilən iş qrafiki üzrə tam davamlılıq

5

Gündəlik fəaliyyətdə iştirak

10

Maksimum Toplam Bal

59