Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 üçün təşkil olunan Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb. İlk gündən etibarən böyük maraqla qarşılanan proqramın müsahibə mərhələsi artıq başa çatıb.
Bu il Könüllü Proqramına 48 saat ərzində 31 000-dən çox müraciət daxil olub. Onlardan, təxminən 16 000 namizəd ərizəsini uğurla tamamlayaraq müsahibə mərhələsində iştirak edib. 8 həftə ərzində intensiv şəkildə həyata keçirilən müsahibələr çərçivəsində yüzlərlə görüş baş tutub və namizədlər müxtəlif istiqamətlər üzrə qiymətləndirilib.
Müsahibə mərhələsinin nəticələri yaxın günlərdə namizədlərin şəxsi kabinetlərinə yerləşdiriləcək. Seçim nəticələri barədə məlumat əldə etmək üçün iştirakçılara şəxsi hesablarına daxil olmaları tövsiyə olunur.
Azərbaycan Qran Prisi təkcə yarış deyil, eyni zamanda minlərlə gəncə beynəlxalq səviyyəli tədbirin bir parçası olmaq imkanı təqdim edən mühüm sosial layihədir. Könüllü Proqramı bu böyük tədbirin ayrılmaz hissəsi kimi iştirakçılara yeni bacarıqlar qazanmaq və peşəkar inkişaf fürsəti yaradır.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency