Formula 1 Azərbaycan Qran Prisi 2020
Təxirə Salınır

Bu qərar Formula 1 rəhbərliyi, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Azərbaycan Respublikası hökuməti tərəfindən aparılmış birgə müzakirələr nəticəsində qəbul olunub. Həmçinin davam edən qlobal COVID-19 pandemiyası və bu xəstəliklə əlaqədar səlahiyyətli tərəflərin təqdim etdiyi mütəxəssis rəyləri sözügedən qərarın alınmasını zəruri edib.

Bütün Formula 1 Azərbaycan Qran Prisi 2020 biletləri hər hansısa əlavə formallıqlar olmadan etibarlılığını saxlayır. Azərbaycan Qran Prisinin keçirilicəyi yeni tarix təsdiqləndikdən dərhal sonra biletlərini həm Bakı Şəhər Halqasının rəsmi saytından (www.bakucitycircuit.com), həm də digər kanallarla əldə etmiş bilet sahibləri müvafiq şəkildə mümkün variantlar barədə məlumatlandırılacaqlar.

Əlavə məlumat tələb edirsinizsə, bilet@bakugp.az elektron poçtu ilə bizimlə əlaqə saxlayın.

Dostlar, hər birinizdən sağlamlığınıza diqqət etməyinizi və mümkün olduqca evdə qalmağınızı xahiş edirik.

Main page