MARŞALLAR
Formula 1 səndən başlayır!
Marşallar bütün dünyada yarışların təşkilində əhəmiyyətli rol oynayır və Formula 1 dünyasında “Rəsmi nümayəndələr” kimi tanınırlar.

Yollar şəhəri
Marşal olmaqla siz vaxtınızı əyləncəli keçirə, yarışları lap yaxından izləyə və hadisələrin bir parçası ola bilərsiniz.
İşarə edərkən

Yerinə yetirdikləri vəzifələrdən asılı olaraq marşallar aşağıdakı qruplara bölünür

Marşallar (Sektor)
Öz sektorlarındakı bütün növ fəaliyyətlərə görə cavabdehdirlər.
Marşallar (Trek)
Treki açır, kənar əşyaları və sıradan çıxmış bolidləri trekdən uzaqlaşdırır və qəza yerlərini təmizləyirlər
Marşallar (Əlaqə)
Yarışa nəzarət etmək üçün baş verənləri izləyib, hadisələr barədə məlumat verirlər
Marşallar (Bayraq)
Pilotları trekdəki vəziyyət barədə məlumatlandırır və təhlükə olduqda xəbərdar edirlər
Marşallar (Rəqəmsal Bayraq)
Adi marşallar kimi fəaliyyət göstərirlər. Yeganə fərq adi bayraq əvəzinə displeydən istifadə etmələrindədir.


Marşallar (Tibb)
Pilotları trekdəki gözlənilməz vəziyyət və ya irəlidəki təhlükə barədə xəbərdar edirlər.
Marşallar (Start və Finiş)
Startda/finişdə bayraqlarla müxtəlif işarələrin verilməsinə cavabdehdirlər.
Marşallar (Yanğınsöndürənlər və xilasedicilər)
Tədbir zamanı yanğın təhlükəsizliyinə cavabdehdirlər.


Marşallar (Pit və sıra düzülüşü)
Start düzülüşünü qururlar və pit xəttindəki pilotlar və insanlara görə cavabdehdirlər.
Marşallar (Bərpa)
Bütün trek boyu qəzaya uğramış bolidləri bərpa edirlər.
Marşallar (Texniki Təftiş)
Qəzaya uğramış bolidləri yoxlayırlar və yarışa davam edib-etməmələrinə qərar verirlər.
Marşallar (Hüdudlar)
Pilotlara trekdə kömək edirlər, o cümlədən, boksa qayıtmaq üçün.


Marşallar (Loqistika və Təchizat)
Bütün marşalları ərzaq, avadanlıq, dəftərxana ləvazimatları, radio qurğuları və geyimlə təmin edirlər.