Tez-tez
verilən
suallar

Piyadalar yarış ərəfəsində yarış halqası ətrafında maneəsiz şəkildə hərəkət edə biləcəklər. Belə ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq və bununla yanaşı piyadalar halqa ətrafında müəyyən yerlərdə yeni qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Müvəqqəti salınacaq yerüstü keçidlər aşağıdakılardır:

 

1.     Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin kəsişməsi.

2.     Xaqani və Rəşid Behbudov küçələrinin kəsişməsi.

3.     Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsi.

4.     Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsi

Yarış ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədi ilə Aprel ayının 22-si gecə saat 1:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün tədbirin sonunadək məhdudlaşdırılacaqdır.

Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər Aprel ayının 24-ü gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bu yerlərdə nəqliyyatın hərəkətinə qoyulmuş məhdudiyyət May ayının 2-si səhər saat 08:00-da aradan qaldırılacaq.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Nəqliyyatın hərəkət məhdudiyyətinin tətbiq olunduğu ərazilər 3 zonaya ayrılır:

Zona 1 – bu  zonaya yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi daxildir.

Zona 2 – bu zonaya yarış halqasının əhatə etdiyi Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr aiddir.

Zona 3 – bu zona BMT-nin 50 illiyi küçəsini (Şəlalə parkı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ərazisini və ona bitişik küçələri) əhatə edir.

 

Zonalar haqqında ətraflı məlumatı №1 xəritədə əldə etmək olar.

Tədbirin keçirildiyi müddətdə məhdudiyyət tətbiq olunan ərazilərə nəqliyyatın giriş-çıxışı xüsusi buraxılış əsasında “Yaşayış Yerinə Giriş İcazəsi” ilə həyata keçirilir.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Tədbirin keçirildiyi müddətdə nəqliyyatın hərəkətinin məhdudlaşdırıldığı ərazilərə nəqliyyatın giriş-çıxışı xüsusi buraxılış əsasında “Yaşayış Yerinə Giriş İcazəsi” ilə həyata keçirilir. Həmin ərazilər haqqında ətraflı məlumatı №1 nömrəli xəritədə əldə etmək olar.

“Yaşayış Yerinə Giriş İcazəsi” xüsusi buraxılışı, yalnız №1 nömrəli xəritədə əks olunan zonalarda yaşayan və ya daimi işgüzar fəaliyyət göstərən avtomobil sahiblərinə tam ödənişsiz şəkildə, Bakı Şəhər Halqasının Əməliyyat Şirkəti tərəfindən təmin olunur.

“Yaşayış Yerinə Giriş İcazəsinin” paylanma müddəti: 10 Aprel 2023 - 28 Aprel 2023.

Buraxılışın paylanma məntəqələrinin iş cədvəli:

Bazar ertəsi - Cümə, saat 10: 00-dan - 17: 00-dək.

Buraxılış aşağıda göstərilmiş qaydada, nəqliyyat vasitəsinin ön şüşəsinin (içəridən) sağ tərəfinin aydın görünən hissəsinə yapışdırılmalıdır.

“Yaşayış Yerinə Giriş İcazəsi” əldə etmək üçün aşağıda göstərilmiş buraxılışın paylanma  məntəqələri ilə əlaqə saxlamalısınız.

 

Zona 1  - Buraxılışın Paylanma Məntəqəsi

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi

Böyük Qala küçəsi 41, Keçmiş ensiklopediya Binası, 4-cü mərtəbə

Tel: (012) 497-35-89

 

Zona 2  - Buraxılışın Paylanma Məntəqəsi

Mənzil-Kommunal və İstismar İdarəsi № 4

Xəqani küçəsi 26/32

Tel: (012) 498 88 06

 

Zona 3 - Buraxılışın Paylanma Məntəqəsi

Mənzil-Kommunal və İstismar İdarəsi № 58

İstiqlaliyyət küçəsi 5

Tel: (012) 492 41 85.

 

İtirilmiş/oğurlanmış və ya yararsız hala düşmüş buraxılış yenisi ilə əvəz olunmayacaq.

Xahiş olunur ki, buraxılışlarla ehtiyatlı davranasınız.

Zona 1

Giriş və çıxış yalnız gecə saatlarında, 00:00-dan 06:00-a qədər mümkün olacaq.

Giriş-çıxış Azneft dairəsi istiqamətində Vəli Məmmədov küçəsində yerləşən 8 №-li Nəzarət Buraxılış Məntəqəsindən (NBM) təşkil olunacaq.

Ətraflı məlumatı №1 xəritədə əldə etmək olar.

 

Zona 2

Giriş və ya çıxış üçün heç bir vaxt məhdudiyyəti yoxdur, lakin Yarış yolundakı fəaliyyətdən asılı olaraq yol qapıları açıq və ya qapalı vəziyyətdə olacaqdır.

Giriş-çıxış Rəşid Behbudov və Xaqani küçələrinin kəsişməsindən keçməklə 6 №-li Nəzarət Buraxılış Məntəqəsindən (NBM) təşkil olunacaq.

Ətraflı məlumatı №1 xəritədə əldə etmək olar.

 

Zona 3

Giriş və ya çıxış üçün heç bir müddət məhdudiyyəti yoxdur.

Giriş və çıxış Lermontov küçəsi istiqamətində - 7 №-li Nəzarət Buraxılış Məntəqəsinin (NMB) üzərindəki Şəlalələr Parkı istiqamətində təşkil olunacaq.

Ətraflı məlumatı №1 xəritədə əldə etmək olar.

Parklanma ərazisindən yalnız 1-ci zonada (İçərişəhər) yerləşən və buraxılış vərəqəsinə sahib olan sakinlər istifadə edə bilərlər. Parklanma ərazisi və istifadə şərtləri ilə bağlı təfərrüatlar, şirkətimizin nümayəndəsi tərəfindən təyin olunmuş paylanma məntəqəsində bildiriləcək.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Bəli. Nəqliyyatın fasiləsiz hərəkəti üçün təyin olunan alternativ yollarla №1 xəritədə tanış ola bilərsiniz. Bu xəritədə həmin yollar mavi rənglə işarə olunub. Həmin küçələrdə nəqliyyatın hərəkətinə icazə verilsə də, bu yerlərdə parklanma qadağan olunacaq.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Əlavədə verilmiş №1 xəritədə qırmızı rənglə işarə olunan küçələrdə 24 Aprel 2023 gecə saat 01:00-dan – 2 May 2023 səhər saat 08:00-dək nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Xatırladaq ki, bu günlər ərzində xəritədə  qırmızı rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarəti aidiyyəti dövlət qurumları həyata keçirəcək.

Tədbir zamanı ictimai nəqliyyata aid olan bütün məlumatlar və dəyişikliklər (avtobus marşrutları və hərəkət cədvəlləri) əvvəlcədən Bakı Nəqliyyat Agentliyinin internet saytında yerləşdiriləcək. Həmin məlumatı aşağıda göstərilmiş keçid (web link) vasitəsilə əldə edə bilərsiniz.

 

http://alo141.az/buses/index?language=az

Yolların bağlanması ilə əlaqədar olaraq, şəxsi avtomobillərlə hərəkətə ciddi məhdudiyyətlər var və bundan ötrü yarış ərazisinin giriş qapılarında sərnişin endirmək mümkün deyil. Qapılara müvəqqəti yerüstü və yeraltı keçidlərdən istifadə etməklə daxil ola bilərsiniz.

Tamaşaçılar üçün parkinq ərazisi nəzərdə tutulmadığından, ictimai nəqliyyat vasitəsilə Yarış Ərazisinə gedib-gəlmək ən münasib yoldur.

 

İctimai nəqliyyat – avtobuslar

Avtobusların hərəkət cədvəlini Bakı Nəqliyyat Agentliyinin aşağıdakı məlumat mənbəyindən  əldə edə bilərsiniz.

http://alo141.az/buses/index?language=az

İctimai nəqliyyat – Metro

Metro sistemi şəhərin mərkəzində gediş-gəlişin asan yolunu təmin edəcəkdir.

Yarış Yoluna ən yaxın olan metro stansiyalar aşağıdakılardır:

 

İçərişəhər metro stansiyası - Yarış yolunun yaxınlığında

28 May metro stansiyası – Yarış yoluna 700 metr məsafədə

Sahil metro stansiyası - Yarış yolunun yaxınlığında.

Ətraflı məlumat üçün http://www.metro.gov.az/az/ internet səhifəsinə müraciət edin.

 

İctimai nəqliyyat – taksi

Taksi vasitəsilə siz Yarış Ərazisinin yaxınlığındakı sərnişin dayanacağında enə bilərsiniz, lakin tədbir keçirilən yerin giriş qapılarının yaxınlığında enmək QADAĞANDIR. Həmin ərazidən Yarış Qapılarına getmək üçün müvəqqəti yerüstü və yeraltı keçidlərdən istifadə edə bilərsiniz.

Taksi sifarişi smartfonunuzdakı mobil tətbiqetmədən (Uber, Bolt və s.) istifadə etməklə istənilən vaxt mümkündür.Taksi qiymətləri avtomobilin sinfindən və xidməti təmin edən şirkətdən asılı olaraq dəyişir.