Bakı Şəhər Halqası 5 könüllünü İtaliya Qran Prisinə göndərir

Fevralın 2-də elan edilmiş müsabiqəyə əsasən Azərbaycan Qran Prisinin 3 min könüllüsü yarış zamanı göstərdikləri fəallığa görə qiymətləndirildi və yüksək fəallığı ilə seçilən 260 könüllü növbəti mərhələyə buraxıldı. Bu mərhələdə sözügedən könüllülər yarışa hazırlıq ərəfəsində BŞH Akademiyasında keçirilmiş seminarlar, Formula 1 Avropa və Azərbaycan Qran Priləri və ümumilikdə Formula 1 tarixindən test üsulu ilə hazırlanmış imtahanda iştirak etdilər.

Qalib könüllülərin adları Azərbaycan Qran Prisi könüllüləri üçün təşkil edilmiş “Təşəkkür” mərasimində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov və şirkətin insan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova tərəfindən elan edildi.

BCC API

Könüllülərdən Əhməd Şahbalayev, Sitarə Şərifzadə, Haqverdi Məmmədov, Emin Əlizadə və Səkinə Qəhrəmanzadə ən yüksək nəticə nümayiş etdirərək müsabiqənin qalibləri adına yiyələndilər. Qaliblər üçün sertifikat bu adı qazanmış könüllülərə təqdim edildi. Qalib olan könüllülər sentyabrın 3-də İtaliyaya səfər edərək Qran Pri yarışını tribunada canlı izləyə biləcək və həmçinin həmkarları ilə qarşılıqlı əməkdaşlığa dair fikir və təcrübə mübadiləsi aparmaq imkanına sahib olacaqlar.

BŞH- nin İcraçı direktoru Arif Rəhimov qalib olan könüllüləri təbrik etdi, inkişafa gedən yolda onları dayanmadan öz üzərlərində çalışmağa səslədi. “Azərbaycan Qran Prisinin uğurla həyata keçirilməsində könüllülər xüsusi rol oynadılar. Buna görə sizə minnətdarıq! Könüllülük inkişafa gedən yolda ilk addımdır və inanıram ki, BŞH-nin bu istiqamətdə atdığı addımlar könüllülərin daha da yüksək nəticələr əldə etməsi üçün gözəl şərait yaradacaqdır”

BCC API

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qalibləri təbrik edərək gələcək yarışların könüllülərini daha fəal olmağa səslədi: “Builki yarışa hazırlıq çərçivəsində biz könüllülərimizin fərdi inkişafı üçün müxtəlif mövzularda proqramlar hazırladıq və bu proqramları yüksək səviyyədə həyata keçirdik. Könüllülərimizin inkişafı bizim qarşımızda duran ən vacib məsələlərdən biridir və biz növbəti illərdə də bu ənənəni daha intensiv şəkildə davam etdirəcəyik.

BCC API

Müsabiqədə iştirak edən hər bir könüllüyə təşəkkürümü bildirirəm. Qaliblərin hər birini akademiyamız adından təbrik edirəm, onlara xoş səfər və gözəl istirahət arzulayıram. Əminəm ki, növbəti illərdə könüllülərimiz yarışa hazırlığın ilk pilləsindən yarış başa çatanadək davam edən proses ərzində  yüksək fəallıq nümayiş etdirərək daha da böyük uğurlara imza atacaqlar.”

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency