Formula 1 Azərbaycan Qran Prisinin tribunalarından birinə olan biletlərin hamısı satılıb

Azərbaycanda Formula 1 yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) Bakıda keçiriləcək növbəti yarışa iki aydan çox müddətin qaldığı bir ərəfədə ölkə ictimaiyyətinə böyük məmnuniyyətlə bildirir ki, Azneft dairəsinin qarşısında yerləşən Filarmoniya tribunasında bütün yerlər tamamilə satılıb.

Bunu BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim bu ilin yayında baş tutacaq Azərbaycan Qran Prisinə yaxınlaşdıqca yarışa marağın artması ilə izah edib: “Yarışa 75 günün qaldığı bir ərəfədə tribunaların birində bütün biletlərin satılması çox sevindirici haldır və bu, yarışa həm xaricdən, həm də ölkə daxilindən böyük marağın olduğunu göstərir.

Biz yaxın günlərdə yarış həftəsonunun axşamlarında iştirak edəcək dünya ulduzlarının adlarını açıqlayacağıq. Bundan başqa, ötən həftədən etibarən biz, 2-16 yaş qrupunda olan azyaşlı tamaşaçılar üçün dördgünlük endirimli biletlərin satışına başlamışıq. Nəticədə, biletlərin satışında qısa müddət ərzində yüksək artım gözləyirik.

Fürsətdən istifadə edərək Bakıda baş tutacaq növbəti möhtəşəm Formula 1 yarışını qaçırmamaq istəyən bütün avtoidman həvəskarlarına səslənirəm: Bilet almağa tələsin və ilin ən çoşğulu və həmçinin əyləncə ilə dolu həftəsində bizimlə birlikdə olun!”

Bu il 23-25 iyun tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində tamaşaçılar üçün müxtəlif biletlər, o cümlədən bir, iki və dördgünlük biletlər təklif olunur. Dördgünlük biletlərin ümumi qiyməti tribunadan asılı olaraq 250-690 AZN arasında dəyişir. Azyaşlılar üçün bütün tribunalara təklif olunan dördgünlük biletlər 175-480 AZN təşkil edir.

Dördgünlük bileti olan tamaşaçılar Azərbaycan Qran Prisi ilə əlaqədar keçiriləcək bütün yarış sessiyalarını izləməklə yanaşı cümə axşamı günü baş tutacaq Pit Yolu gəzintisində və həmçinin yarış həftəsonu ərzində dənizkənarı bulvar ərazisində təqdim olunan bütün əyləncə proqramlarında da iştirak edə biləcəklər.

İndiyədək Azərbaycan da daxil olmaqla Bakıda keçirilən növbəti Formula 1 yarışına ümumilikdə 48 ölkədən bilet alınıb. Satılan biletlərin 34 %-i Azərbaycanın payına düşür. Qalan 66 %-lik hissə isə xaricdən alınıb. İlk onluğa daxil olan ölkələr bunlardır: Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Avstriya, Finlandiya, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxstan, ABŞ və Almaniya. Satılan biletlərdə fərdi müştərilərlə yanaşı korporativ müştərilər də böyük paya sahibdirlər.

Qeyd edək ki, azarkeşlər Bakıda keçiriləcək Azərbaycan Qran Pri yarışını tribuna və ayaqüstü zonalardan izləyə biləcəklər. Tribunaların ümumi tutumu 18 min yerdir və ayaqüstü zonalar da azı 10 min tamaşaçını qəbul edə biləcək genişlikdədir.

Avtoidman həvəskarları yarışa biletləri şəhərin kassalarından əldə edə bilərlər. Bununla yanaşı, biletlər BŞH-nin rəsmi veb-səhifəsində də onlayn qaydada satışdadır: www.bakucitycircuit.com

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency