Formula 1 Azərbaycan Qran Prisini izləmək üçün yeni ayaqüstü zonalar açılır

Tamaşaçılar bir biletlə Sahil və Sabir parklarında yerləşən yeni ayaqüstü zonaların hər ikisinə daxil ola biləcəklər. Formula 1 həvəskarları yarışı canlı izləməklə yanaşı onlar üçün bu zonalarda təklif olunan qida və əyləncə imkanlarından da yararlana biləcəklər.

Yeni zonalara giriş imkanı verən birgünlük biletlərin qiyməti cümə günü (23 iyun) üçün 10 AZN, şənbə günü (24 iyun) üçün 20 AZN və əsas yarışın baş tutacağı bazar günü (25 iyun) üçün 40 AZN təşkil edir. Hər üç bileti bir arada almaq istəyənlər cəmi 50 AZN ödəməlidirlər. Sabir və Sahil parklarına olan biletlər yalnız şəhərin kassalarında satışda olacaq.

BŞH-nin Kommersiya şöbəsinin rəhbəri Bülənt Özərdim Bakıda keçiriləcək növbəti Formula 1 yarışının hamı üçün əlçatan olmasına çalışdıqlarını bildirib: “Biz bu il tamaşaçılara geniş əyləncə imkanları ilə dolu daha maraqlı yarış təqdim etmək əzmindəyik. Çalışırıq ki, ev sahibliyi etdiyimiz yarışa ölkə cəmiyyəti arasında böyük maraq yaransın və bu yarış hər kəs üçün əlçatan olsun. Bu baxımdan tamaşaçılara Formula 1 Azərbaycan Qran Prisini müxtəlif yerlərdən izləməyə imkan verən fərqli bilet seçimləri təklif edirik. Bu gün sizə təqdim etdiyimiz biletlər trekin həyəcanverici hissələrindən birində dayanaraq yarışı canlı izləməyə imkan verəcək”.

Sahil parkında olan tamaşaçılar trekin birinci sürətlənmə xəttinin sonununda yerləşən 3-cü döngədəki həyəcanlı anları, Sabir parkında olan tamaşaçılar isə trekin ən dar hissəsindən çıxaraq 11 və 12-ci döngələrə tərəf yüksək sürətlə hərəkət edən bolidlərin gərgin mübarizəsini yaxından izləyə biləcəklər.

Sabir və Sahil parklarında yerləşən ayaqüstü zonalarda tamaşaçılara DJ, şar ustası və rəqs qrupunun iştirakı ilə müxtəlif əyləncə proqramları təqdim olunacaq. Bundan başqa, Formula 1 həvəskarları trekin ətrafında dayanaraq yarışa yaxından tamaşa etməklə yanaşı Sahil parkda quraşdırılmış böyük ekranda da yarışı canlı izləyə biləcəklər. Hər iki zonada tamaşaçılara qida və içkilər də təqdim olunacaq.
Bulvar ərazisində yerləşən digər ayaqüstü zonadan fərqli olaraq Sahil və Sabir zonalarına bileti olan tamaşaçılar yalnız bu zonalarda yarışa tamaşa edə biləcəklər və onların bulvar ərazisinə daxil olmalarına icazə verilməyəcək.

Dənizkənarı bulvar zonasında baş tutacaq bütün əyləncə tədbirlərində, o cümlədən dünya ulduzlarının iştirakı ilə keçiriləcək canlı konsert proqramlarında iştirak etmək istəyən Formula 1 həvəskarları bu zonaya giriş imkanı verən biletə sahib olmalıdırlar.
2017 Formula 1 Azərbaycan Qran Prisi üçün təqdim olunan bütün bilet seçimləri haqqında daha ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: www.bakucitycircuit.com

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency