Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin müsahibə mərhələsinə başlanıb.

Cari ilin 19 dekabr tarixindən könüllülərin müsahibələri artıq start götürüb. Növbəti Formula 1 yarışında könüllü qismində çalışmaq üçün müraciət edənlərin sayı ötən il ilə müqayisədə 20 faizə yaxın artaraq 9500 nəfər təşkil edib. Onların arasından ən aktiv 1500 könüllü seçilərək, yarışların təşkilat komitəsinin müxtəlif sahələrinə -  insan resursları, işçi qüvvəsi, media əməliyyatları, şəhər, ofis əməliyyatları, hava limanı və qonaqların qarşılanması əməliyyatları kimi istiqamətlərə cəlb olunacaq. Müsahibə mərhələsi növbəti ilin yanvar ayının sonunda yekunlaşacaq.

Könüllülər Formula 1 Azərbaycan Qran Prisinin ayrılmaz hissəsidir. Bu il də qısa müddətdə müraciət edənlərin sayında artım müşahidə etdik. Bizi çox sevindirir ki, hər il könüllülüyə həvəs göstərən gənclərimizin sayı artmaqdadır. Könüllülük gənclərimizə böyük təcrübə qazandırır və onları gələcək peşəkar həyatlarına birbaşa hazırlayır. Növbəti Bakı yarışına 1500 könüllünün cəlb olunması nəzərdə tutulub.” – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib.

Seçim mərhələsində əsas meyarlar olaraq, yüksək motivasiyaya sahib, komandada işləmək və kommunikasiya bacarıqları olan,  həmçinin xarici dil bilikləri ilə fərqlənən namizədlərə üstünlük veriləcək. Könüllülərin qeydiyyatı tamamlandıqdan sonra onların fərqli sahələrdə işləmək bacarıqları, eləcə də fərdi və peşəkar inkişafları üçün BŞH tərəfindən xüsusi təlimlər təşkil olunacaq.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2023-cü il, 28-30 aprel tarixlərində təşkil olunacaq. Paytaxtımız ilk dəfə yarış çərçivəsində Sprint yarışına ev sahibliyi edəcək.

Könüllülük proqramı ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün isə aşağıdakı sosial media hesablarımızı izləyə bilərsiniz:

https://www.facebook.com/BakuVolunteers/

 

https://www.instagram.com/bakucitycircuitvolunteers/

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency