
Kimi Antonelli son 60 ildə Montsada İtaliya Qran-prisini qazanan ilk italiyalı pilot olub.
Yarışa 19-cu mövqedən başlayan italiyalı finişdən sonra göz yaşlarını saxlaya bilməyib və belə bir qələbəni heç təsəvvür etmədiyini etiraf edib.
Montsada keçirilən 75-ci İtaliya Qran-prisi yerli pilotun möhtəşəm zəfəri ilə başa çatıb.
Demək olar ki, bütün komandalar mərhələyə yeniliklər gətirsələr də, onların hamısı gözlənilən nəticəni verməyib. Cümə və şənbə günləri keçirilən sərbəst yürüşlərdə Corc Rassell lider olub. Onun komanda yoldaşı, çempionatın lideri Kimi Antonelli isə güc qurğusunun dəyişdirilməsinə görə starta son sıralardan çıxacağını əvvəlcədən bildiyindən əsas diqqətini yarışa hazırlığa yönəldib.
Sıralama turunda Antonelli Rassellə slipstrimlə kömək edib, lakin ən yaxşı nəticəni gözlənilmədən Pyer Qasli göstərib. Alpine pilotu karyerasının 191-ci Qran-prisində ilk poulunu qazanıb. Rassell onunla birlikdə birinci cərgədən, Şarl Lekler və Lyuis Hemilton ikinci, Maks Ferstappen və Oskar Piastri isə üçüncü cərgədən start alıblar. Antonelli yarışa 19-cu mövqedən başlayıb.
Startda Qasli liderliyini qoruyub, Antonelli isə dərhal beş mövqe irəliləyib. Amma artıq ikinci dövrədə Rassell önə keçib. Lakin az sonra Leklerin ağır qəzası səbəbindən yarış qırmızı bayraqlarla dayandırılıb. Ferrari pilotu bolidi özü tərk edib, baryerlərin bərpası isə təxminən yarım saat çəkib.
Restartdan sonra Rassell liderliyini qoruyub, onun arxasında isə gərgin mübarizə başlayıb. Antonelli irəliləyişini davam etdirərək 13-cü dövrəyə qədər, o cümlədən Hemilton və Piastrini ötərək üçüncü yerə yüksəlib.
16-cı dövrədə Kimi Ferstappeni, iki dövrə sonra isə Rasselli ötərək liderliyi ələ keçirib. Mercedes pilotları bir neçə dəfə mövqe dəyişiblər. Komanda onlardan əvvəlcə Ferstappendən uzaqlaşmağı xahiş edib, lakin Maks liderlərin tempindən geri qalmayıb.
27-ci dövrədə Lens Strollun trasda dayanması səbəbindən virtual təhlükəsizlik avtomobili rejimi elan olunub. Antonelli və Ferstappen bu fürsətdən istifadə edərək pit-stopa yollanıblar, Rassell isə trasda qalıb.
Mübarizə bərpa olunduqdan sonra Kimi Norrisi, Hemiltonu və Piastrini ötərək ikinci yerə qayıdıb. Ferstappen də irəliləyərək 39-cu dövrəyə qədər üçüncü mövqeyə yüksəlib.
Yarışın son hissəsində Antonelli Rassellə çataraq hücuma keçib. Və 50-ci dövrədə italiyalı komanda yoldaşını ötərək yenidən liderliyi ələ keçirib və dərhal fərqi artırıb.
Kimi Antonelli liderliyini finişədək qoruyaraq karyerasının yeddinci qələbəsini qazanıb və onuncu dəfə yarışın ən sürətli dövrəsinə imza atıb. O, 1966-cı ildən sonra Montsada qalib gələn ilk italiyalı pilot olub.
Rassell ikinci yeri tutıb, bununla da Mercedes mövsümdə üçüncü dəfə dubla imza atıb. Ferstappen isə podiumun üçüncü pilləsinə yüksəlib.
Formula 1 üzrə dünya çempionatı artıq gələn həftə Madriddəki yeni trasda keçiriləcək mərhələ ilə davam edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency