Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində dünən Bakı Kristal Zalında elektron musiqinin ən parlaq adlarından biri – Anyma möhtəşəm konsert proqramı ilə səhnəyə çıxdı.
İtalyan-amerikalı DJ və musiqi prodüseri olan Anyma özünün məşhur “Genesys” albomundan seçilmiş treklərlə tamaşaçılara valehedici anlar bəxş etdi. Onun elektron ritmləri, güclü vizual effektləri və xüsusi səhnə şousu paytaxt sakinləri və qonaqlar tərəfindən böyük coşqu ilə qarşılandı.
Anyma artıq “Tomorrowland” və “Coachella” kimi festivallarda milyonlarla insan qarşısında çıxış edib. Bakı Kristal Zalındakı performansı isə Formula 1 Azərbaycan Qran Prisinin musiqi proqramının diqqətçəkən hissələrindən biri oldu.
Qeyd edək ki, bu axşam Glass Animals və Martin Garrix Kristal Zal səhnəsində çıxış edəcək.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency