Azərbaycan Qran Prisi 2026: Sürət həvəskarları “Pit” zolağı gəzintisində

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubiley yarışı yaxınlaşdıqca Bakıda həyəcan daha da artır. Yarış həftəsonunun ilk günlərindən etibarən azarkeşlər üçün fərqli fəaliyyətlər təşkil olunur. Onlardan biri də azarkeşlərin Formula 1 dünyasına daha da yaxınlaşdıran ənənəvi “Pit” zolağı gəzintisidir.

 

Azarkeşlər “Pit” zolağı boyunca hərəkət edib, komandaların qarajlarının qarşısından keçib və bolidlərin yarışa necə hazırlandığını yaxından izləyib. Ferrari, Red Bull Racing, Mercedes komandalarının qarajları azarkeşlər tərəfindən ən sevilən dayanacaqlardan olub. Bolidlərə yaxından baxmaq, pilotlarla görüşmək və onlarla şəkil çəkdirmək gəzintinin ən çox maraq doğuran məqamları arasında yer alıb.

 

Bu müddətdə “Pit” zolağında həyat öz axarı ilə davam edib. Mühərrik səsləri, mexaniklərin işi və qarajlardakı hazırlıq yarışın başlanğıcına sayılı saatlar qaldığını hiss etdirib. Azarkeşlər isə bütün bu prosesləri bir neçə metr məsafədən izləyərək Formula 1-in trekdən kənardakı tərəfini də görüblər.

 

Böyük coşqu ilə keçən Pit zolağı gəzintisindən azarkeşlər xoş təəssüratlarla ayrılıblar. Hazırda isə diqqətlər Bakı Şəhər Halqasındakı əsas mübarizəyə yönəlir.

 

Qeyd edək ki, Bakı bu il Formula 1 yarışına 10-cu dəfə ev sahibliyi edir. Yubiley Azərbaycan Qran-Prisi 24-26 sentyabr tarixlərində keçiriləcək.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency