Bakı Şəhər Halqası “Women in Motorsport” sammitində təmsil olundu!

DirtFish Rally tərəfindən təşkil olunan “Women in Motorsport” sammiti avtoidman sahəsində qadınların rolunu vurğulamaq və bu sahədə onların inkişafını dəstəkləmək məqsədi ilə tanınmış şəxsləri bir araya gətirdi.

Seçilən panelistlər arasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İnsan resursları və işçi qüvvəsi departamentinin rəhbəri İranə Əhmədova da yer aldı. Sammit kişilərin üstünlük təşkil etdiyi bu sahədə qadınların uğurlarını qeyd etmək və onların qarşılaşdığı çətinlikləri müzakirə etmək üçün əhəmiyyətli bir platforma rolunu oynadı.

Bakı Şəhər Halqası adından çıxış edən İranə Əhmədova inklüzivliyin vacibliyini vurğuladı və Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində həyata keçirilən əsas təşəbbüslər barədə danışdı. O, gender bərabərliyi sahəsində əldə olunan müsbət nəticələri qeyd edərək bildirdi ki, hazırda marşalların 36%-i qadınlardır. Bu göstərici 2019-cu ildən bəri tətbiq olunan davamlı mentorluq proqramları və xüsusi təlim təşəbbüsləri nəticəsində mümkün olub.

«Bakı Şəhər Halqası olaraq inanırıq ki, yeni nəsli fərqli inkişaf yönümlü fəaliyyətlərə cəlb etməklə, canlı ünsiyyət vasitəsilə onları ilhamlandırmaq mümkündür. Öz ən yaxşı nümunələrimizdən yola çıxaraq, gəncləri, idmanda qadınların nailiyyətlərini dəstəkləməklə, maneələri aşmaqda onlara kömək olmaqla biz mümkün sərhədləri yenidən müəyyənləşdiririk», – deyə İrana Əhmədova bildirib.

Sammit çərçivəsində dünyanın müxtəlif ölkələrindən qatılan mühəndislər, komanda rəhbərləri, media nümayəndələri və avtomobil idmanı mütəxəssisləri gender bərabərliyi, qadınların liderlik rollarında təmsilçiliyi və karyera inkişafı kimi mühüm mövzuları müzakirə etdilər.

Bakı Şəhər Halqasının bu sammitdə fəal iştirakı, təşkilatın müxtəlifliyi təşviq etdiyini və avtoidmanın müxtəlif səviyyələrində qadınların peşəkar inkişafını dəstəklədiyini bir daha nümayiş etdirdi.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency