Bakı Şəhər Halqası Formula 1 könüllüləri üçün daha bir seminar keçirib

Tanınmış teleaparıcı Ceyhun Əlinin təlimi əsasında baş tutan seminarda könüllülərə yarış ərəfəsində xarici qonaqlarla düzgün ünsiyyətin qurulması və bu ünsiyyətin ölkənin imicinə təsir mexanizmləri haqqında məlumat verilib.

Təlimçi C.Əli seminar zamanı öz təcrübəsini könüllülərlə bölüşüb və nitq mədəniyyətinə dair müxtəlif məsələlər, o cümlədən nitq mədəniyyətinin vacibliyi və nitqdən düzgün istifadə qaydaları haqqında ətraflı çıxış edib.

Seminarın sonunda C.Əli iştirakçıların verdiyi bir çox suala praktiki izahla aydınlıq gətirib. Böyük marağa səbəb olan seminarda 100-dən çox könüllü iştirak edib.

Qeyd edək ki, BŞH könüllülər üçün yarışa qədər olan müddət ərzində müxtəlif mövzularda təlim və seminarlar keçirməyə davam edəcək.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency