“Ferrari”nin yubiley planları pozuldu, Monako Norrisə uğur gətirdi

Düz 75 il əvvəl Silverstounda Formula 1 Dünya Çempionatı debüt etdikdən sonra iştirakçılar növbəti mərhələ üçün Monakoya yollanmışdılar. Knyazlığın dar və dolanbac küçələri o vaxtdan bu günədək dünyanın ən sürətli sürücülərinin mübarizəsinə ev sahibliyi edir.

Monakoda məhz 75 il əvvəl debüt edən “Ferrari” həmin vaxtdan bəri çempionatda fasiləsiz iştirak edən yeganə komandadır. Buna görə də Monakoda qazanılacaq qələbə “qırmızılar” üçün xüsusi simvolik dəyər daşıyırdı. Lakin çempionatın əsas favoritlərindən olan “McLaren” bu şəhər yarışında tarixən daha çox qələbəyə sahibdir. Bu dəfə də əsas mübarizə məhz bu iki komandanın sürücüləri arasında gedib.

Monakonun dar küçələri ötmələri çətinləşdirdiyi üçün bu mövsüm burada yeni reqlament qüvvəyə minib: sürücülərə iki məcburi pit stop tətbiq olunub. Lakin bu dəyişiklik belə yarışın axarını ciddi dəyişməyib. Ötən il olduğu kimi bu dəfə də ötmələr az, nəticələr isə gözlənilən idi.

Cümə və şənbə günləri keçirilən sərbəst yürüşlərdə “Ferrari”nin yerli sürücüsü Şarl Lekler ardıcıl birinci olub və poul üçün əsas favorit sayılıb. Lakin sıralanma turunun son sessiyasında Lando Norris parlaq çıxış edərək Lekleri geridə qoyub və poul mövqeyini qazanıb. İkinci sıranı isə Oskar Piastri və Lyuis Hemilton tamamlayıblar. Ferstappenin qarşısını kəsdiyi üçün Hemilton 3 yer geriyə düşüb və nəticədə holland sürücü yarışa 4-cü yerdən start alıb.

Yarışın startında ilk onluqda heç bir ötmə qeydə alınmayıb. Dar tras və taktiki gedişlər nəticəsində mübarizə gözləniləndən daha sakit keçib. Qasli ilə Tsunoda arasındakı təmas, həmçinin Alonsonun mexaniki nasazlıqla mübarizəni dayandırması istisna olmaqla, yarış sürprizsiz tamamlanıb.

Lando Norris poul startını qələbəyə çevirərək uşaqlıq arzusunu reallaşdırdığını bildirib. Şarl Lekler ikinci yeri tutaraq öz ölkəsində podium sevincini yaşayıb, Oskar Piastri isə üçüncü olaraq “McLaren”ə mövsümdə daha bir dubl qazandırıb.

Ferstappen 4-cü, Hemilton isə 5-ci olub. Ayzek Həcər (“Racing Bulls”) güclü çıxışı ilə 6-cı, Esteban Okon (“Haas”) isə 7-ci yeri tutub. Liam Louson isə karyerasında ilk xallarını qazanıb.

Çempionatda fərdi mübarizədə Piastri ilə Norris arasındakı xal fərqi cəmi 3-ə enib. Ferstappen 3-cü pillədə möhkəmlənib. Mühəndislər Kubokunda “McLaren” liderliyi artırıb, arxasında isə “Mercedes”, “Red Bull” və “Ferrari” sıx mübarizə aparır.

Növbəti yarış bu həftəsonu Barselonada keçiriləcək. Yeni reqlamentə əsasən, FIA-nın ön qanadların bərkidilməsi ilə bağlı qaydası ilk dəfə bu trasda tətbiq olunacaq. Qaydaların güc balansına necə təsir göstərəcəyi böyük maraq doğurur.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency