
Red Bull pilotu Maks Ferstappen Sinqapur Qran-prisinin qalibi olub. Ardıcıl ikinci qələbəsini qazanan niderlandlı pilot Formula 1 karyerasında 73-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ferrari pilotu Şarl Lekler ikinci, çempionatın lideri Kimi Antonelli (Mercedes) isə üçüncü yeri tutub.
Sinqapur mərhələsi ilk dəfə sprint formatında təşkil olunub. Ferstappen yağış altında keçirilən sprint yarışında qalib gəlib, əsas yarışın sıralama turunda isə poulu qazanıb. Onunla birlikdə ilk cərgədən Lekler, ikinci cərgədən isə Lyuis Hemilton və Antonelli start götürüblər. Güc qurğusunun dəyişdirilməsi səbəbindən Corc Rassell yarışa sonuncu yerdən başlayıb.
Ferstappen startda liderliyini qoruyub və ilk dövrələrdən rəqibləri ilə fərqi artırmağa başlayıb. İkinci yerdə gedən Lekler mövqeyini saxlayıb, Hemilton isə arxadan gələn Antonellini önə buraxmayıb. Səkkizinci dövrədə Qabriel Bortoletonun (Audi) bolidi trasda dayandığı üçün virtual təhlükəsizlik avtomobili rejimi elan olunub. Lakin bu, liderlərin mövqeyinə təsir etməyib.
İlk pit-stop dalğasından sonra da Ferstappen birinci yerdə qalıb. 39-cu dövrədə Lens Strollun (Aston Martin) bolidində yaranan problem səbəbindən yenidən virtual təhlükəsizlik avtomobili rejimi tətbiq edilib. Lekler və Antonelli də daxil olmaqla bir neçə pilot bu fürsətdən istifadə edərək pit-stopa yollanıb.
Yarışın son dövrələrində diqqətlər üçüncü yer uğrunda mübarizəyə yönəlib. Antonelli Hemilton və Lando Norrisə çataraq 51-ci dövrədə hər iki rəqibini geridə qoyub və üçüncü yerə yüksəlib. Sonuncu yerdən start götürən Rassell isə yarış ərzində xeyli mövqe qazanaraq ilk onluğa daxil olub.
Ferstappen üstünlüyünü finişədək qoruyub və karyerasında ilk dəfə Sinqapurda qələbə qazanıb. Lekler ikinci, Antonelli üçüncü olub. Norris yarışı dördüncü, Oskar Piastri isə beşinci yerdə tamamlayıb.
Antonelli bu nəticə ilə çempionatın şəxsi hesabında Rassellə xal fərqini 102-yə çatdırıb.
Formula 1 üzrə dünya çempionatı iki həftə sonra Ostində keçiriləcək ABŞ Qran-prisi ilə davam edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency