Dünən axşam Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 çərçivəsində məşhur indi-rok qrupu Glass Animals Bakı Kristal Zalı səhnəsinə çıxdı. Qrup Bakıda ilk dəfə çıxış edərək tamaşaçılara sevilən mahnılarını təqdim etdi. Solist şəhərdə qarşılaşdıqları insanların qonaqpərvərliyini qeyd edərək Bakıya yenidən qayıtmaq istədiklərini bildirdi.
Daha sonra səhnəyə tanınmış DJ və prodüser Martin Garrix çıxdı. Onun ifasında məşhur treklər səsləndi, şou isə vizual effektlərlə müşayiət olundu. Garrix-in çıxışı paytaxt tamaşaçıları tərəfindən böyük maraq və alqışlarla qarşılandı.
Minlərlə insanın iştirak etdiyi konsert Azərbaycan Qran Prisinin mədəniyyət proqramının əsas tədbirlərindən biri oldu.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency