Aprel

28

FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ ZAMANI BAKI OKSFORD MƏKTƏBİNİN ŞAGİRDLƏRI “HAAS” KOMANDASI İLƏ GÖRÜŞÜB

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Aprelin 28-i ölkənin qabaqcıl məktəblərindən Bakı Oksford Məktəbinin şagirdləri Formula 1 komandalarından olan “Haas” komandasının nümayəndələri ilə görüşmək imkanı əldə edib.

“Haas” komandası yüksək akademik göstəriciləri ilə fərqlənən, Formula 1 yarışlarına və ümumilikdə mühəndislik sahəsinə xüsusi marağı olan, müxtəlif ölkələri təmsil edən beş şagirdi Paddoka dəvət edib. Bu təşəbbüs seçilmiş beş şagirdə F1 komandasının pərdə arxası fəaliyyətini görmək və unikal mühəndislik təcrübəsinə birbaşa şahid olmaq imkanı yaradıb.

Şagirdlər ilk növbədə “Haas” komandasının Pit Stop sınağının nümayişinə baxıb, sonra isə komandanın mexanika heyətinin üzvlərinə onları maraqlandıran suallar ünvanlandırıblar. Bundan başqa, komandanın qarajında canlı şəkildə yarış həftəsinin birinci sərbəst yürüşünü və sıralanma turunu izləyiblər.

Görüşün ən yaddaqalan məqamı isə “Haas” komandasının rəhbəri Günter Ştayner ilə keçirilən səmimi görüş oldu. Şagirdlər F1-də uğurlu karyeranın sirrləri haqqında və F1 komandasının necə idarə olunduğu barədə italyan mütəxəssislə söhbət ediblər. Qeyd edək ki, cari mövsümün ilk Sprint yarışına bu gün paytaxtımızda şahidlik edəcəyik.  2023 Formula 1 Azərbaycan Qran Prisi isə bazar günü, aprelin 30-da baş tutacaq.

 

01