Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) sürət həvəskarlarının marağını və istəyini nəzərə alaraq yarış çərçivəsində baş tutacaq dünya ulduzları – niderlandlı sənətçilər DJ Don Diablo və DJ Hardwell konsertlərinə əlavə məhdud sayda ayaqüstü biletlərin satışa çıxarıldığını elan edir.
DJ Don Diablo 28 aprel cümə günü, DJ Hardwell isə 29 aprel şənbə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək.
Biletlərin qiyməti 150 AZN təşkil edir. Qeyd edək ki, bilet sahibləri həm də fan zonaya giriş əldə edə biləcəklər.
Bənzərsiz yarış həyəcanının yaşamaq istəyənlər biletləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb səhifəsindən (www.bakucitycircuit.com) və ya şəhərimizin aşağıdakı satış nöqtələrindən əldə edə bilərlər:
· 28 Mall
· Gənclik Mall
· Heydər Əliyev Sarayı
· Kiosk 1 (Azərbaycan kinoteatrı)
· Kiosk 2 (Nizami küçəsi)
· ASAN 1
· ASAN 2
· ASAN 3
· ASAN 4
· ASAN Sumqayıt
Əlavə məlumat və suallar üçün *6003 çağrı mərkəzi fəaliyyət göstərir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency