Media Akkreditasiya

Formula 1 Azərbaycan Qran Prisi 2023 də daxil olmaqla ümumilikdə Formula 1 Dünya Çempionatı üçün media nümayəndələrinə media akkreditasiyasının verilməsi Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) tərəfindən icra edilir və qeydiyyat iki yolla həyata keçirilir:

  • Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) vasitəçiliyi ilə yalnız yerli mətbuat orqanları, TV, Radio, agentliklər və veb-saytlar üçün onlayn akkreditasiya.
  • 2023-cü il Formula 1 mövsümü üçün daimi və ya yarışdan-yarışa akkreditasiya sorğusu göndərən bütün beynalxalq mətbuat orqanları, agentliklər və veb-saytlar üçün Beynəlxalq Avtomobil Federasiyasının (FIA) veb səhifəsi üzərindən həyata keçirilən onlayn akkreditasiya.

Diqqətinizə xüsusilə çatdırmaq istərdik ki, Formula 1 Dünya Çempionatının Bakı yarışına əməliyyat şirkəti tərəfindən aparılan akkreditasiya üçün qeydiyyat 10 Mart 2023-cü il tarixində saat 15:00-da başa çatacaq.

Qeydiyyat ərizəsini göndərməzdən əvvəl anketi nəzərdən keçirin və onu tam doldurduğunuza əmin olun. Natamam və gec göndərilmiş ərizə anketlərinə baxılmayacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq sizi doğma şəhərimizdə baş tutacaq Formula 1 Azərbaycan Qran Prisi 2023 yarışını peşəkar şəkildə işıqlandırmağa dəvət edirik!

Qeydiyyat