Banklar və kredit kartları
Bakıda bir çox yerlərdə bankomatlar var və demək olar ki, onların hamısı beynəlxalq debit və kredit kartlarını qəbul edir. Bankların əsas filialları bazar ertəsindən şənbəyə (qısa iş günü) qədər işləyir, kiçik filiallar isə şənbə və bazar günləri bağlı olurlar. Beynəlxalq kredit və debit kartları restoranların və böyük mağazaların əksəriyyətində qəbul olunur.