BŞH-nin əməkdaşları Bakı marafonunda xeyriyyə üçün qaçacaqlar

“Sağlamlıq naminə qaç!” devizi altında marafona qoşulan BŞH-nin əməkdaşları aparılan qaçış kampaniyası çərçivəsində toplanan vəsaiti ürək çatışmazlığından əziyyət çəkən doqquz yaşlı Leyla Rəfizadənin əməliyyatı üçün sərf edəcəklər.

BŞH-nin İnsan Resursları şöbəsinin rəhbəri və builki marafonun iştirakçısı İranə Əhmədova əməliyyat şirkətinin əməkdaşlarının yarışa qatılmağına belə münasibət bildirib: “Sağlam həyat tərzinin təbliği, gənclərin inkişafı və xeyriyyə tədbirlərinin keçirilməsi Bakı Şəhər Halqası Əməliyyat şirkətinin əsas dəyərlərindəndir. Bakı marafonunda iştirak etməklə biz cəmiyyətdə öz dəyərlərimizi təbliğ edir və hər kəsi bu ideyaya qoşulmaqda fəal olmağa çağırırıq.

Şirkətimizin hər bir əməkdaşı Leyla üçün keçirdiyimiz aksiyanı dəstəkləyir və biz inanırıq ki, göstərilən yardımlar nəticəsində Leyla tezliklə şəfa tapacaq. Biz BŞH əməliyyat şirkəti olaraq xeyriyyəçiliyin cəmiyyətimizdə daha geniş vüsət alması və eyni zamanda bunun cəmiyyətin əsas dəyərlərindən birinə çevrilməsi üçün bundan sonra da öz dəstəyimizi göstərməyə davam edəcəyik. Hamını keçirdiyimiz xeyriyyə aksiyamıza qoşulmağa dəvət edirik!”

Marafonda iştirak etmək BŞH-nin əməkdaşları arasında artıq ənənəyə çevrilib. Builki marafona qatılanlardan Ayan Ağayeva və Bülənt Özərdim həm də beynəlxalq marafonların iştirakçılarıdır. Ötən il baş tutmuş Bakı marafonunda əməliyyat şirkətini 3 nəfər təmsil etmişdi və iştirakçılardan Ayan Ağayeva həmin marafonu qadınlar arasında 21-ci yerdə başa vurmuşdu.

Qeyd edək ki, əməliyyat şirkəti 2016-cı ilin dekabrında keçirilmiş “Soyuq əllər, isti ürək” kampaniyası çərçivəsində “Sən də yardım əlini uzat!” devizi altında ürək çatışmazlığından əziyyət çəkən azyaşlı Zeynəb üçün 3500 manat həcmində vəsait toplamışdı.

BCC API

İndiki kampaniya çərçivəsində isə şirkət Leylanın ürək əməliyyatı üçün tələb olunan 3500 manatlıq vəsaiti yığmağa çalışır. Toplanan vəsait əməliyyata sərf olunması üçün “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinə təqdim olunacaq.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency