Kimi Antonelli Çin Qran Prisində ilk tarixi qələbəsini qazandı

2026-cı il Çin Qran Prisi Şanxaydakı Şanxay Beynəlxalq trasında gənc pilot Kimi Antonelli üçün unudulmaz anlarla yadda qaldı. 19 yaşlı Antonelli “Mercedes-AMG Petronas Formula 1” komandası üçün möhtəşəm performans nümayiş etdirərək karyerasının ilk qələbəsini qazandı.

Pol mövqeyindən start alan Antonelli yarışın erkən mərhələsində Luis Hamilton və komanda yoldaşı Corc Raslın təzyiqinə baxmayaraq soyuqqanlı və sabit performansla liderliyini qorudu. Yarış boyu üstünlüyünü saxlayan gənc italyan pilot finiş xəttini birinci keçərək Formula 1 tarixində ən gənc qaliblərdən biri kimi tarixə düşdü.

Rasl ikinci yeri tutaraq “Mercedes” üçün ardıcıl ikinci 1–2 nəticəsini rəsmiləşdirdi. Luis Hamilton isə “Scuderia Ferrari”nin heyətində ilk podium nəticəsini əldə edərək üçüncü oldu, komandanın digər pilotu Şarl Lekler isə dördüncü pillədə qərarlaşdı.

Yarış dramatik anlarla da yadda qaldı: “McLaren” komandası həm Lando Norris, həm də Oskar Piastrini starta çıxara bilmədi, Maks Ferstappen isə texniki problemlər səbəbindən yarışı yarımçıq dayandırmalı oldu.

 

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency