Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızın bütün ərazisini əhatə edən ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 37 növdə 650 min ağacın əkilməsi nəzərdə tutulur.
BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai agacəkmə aksiyasının şirkətin həyata keçirdiyi yeni strategiya baxımından tam yerinə düşdüyünü bildirib: “Biz ötən həftə Yaşıl Strategiyaya keçdiyimizi ictimaiyyətə elan etdik. Belə ki, artıq ofisimizi yaşıllandırmışıq, işığa, suya və kağıza daha çox qənaət edirik və həmçinin ofisimizdə tullantıları çeşidləndirərək aidiyyəti yerlərə təhvil veririk.
Bu gün keçirilən ağacəkmə aksiyası da Yaşıl Strategiyamıza tam uyğun bir addım oldu və böyük həvəslə iştirak etdik. Növbəti aylarda da daha təmiz və sağlam ekologiyanın davamlılığının təmin olunması istiqamətində yeni layihələrlə çıxış etməyə davam edəcəyik”.
Qeyd edək ki, Bakıda növbəti Formula 1 Qran Pri yarışı 5-7 iyun 2020-ci il tarixlərində baş tutacaq. Əməliyyat şirkəti sayca 5-ci olan bu yarışa qədər lazımi hazırlıqları görərək yarış həftəsonunda paytaxta gələn avtoidman həvəskarları üçün bütün yarış məkanında ekologiya dostu mühiti yaratmağı planlaşdırır.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency