İyun

24

Azərbaycan Qran Prisi. Birinci Gün. Pilotların sitatları.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Gözlənildiyi kimi, Azərbaycan Qran Prisinin açılış günü gün ərzində təşkil olunan trekdən kənar ekskursiyalar, sarı və qırmızı bayraq fasilələri istisna olmaqla aktiv və izdihamlı keçdi.

Azərbaycan Qran Prisində sərbəst yürüşlərin ilk günü 0,058 saniyə fərqlə Renault komandasının sürücüləri Niko Hulkenberq və Colion Palmer qələbə qazandılar. Bu, Nikonun  Bakı Şəhər Halqasında 15-ci, Colionun isə 16-cı ən yüksək göstəricisi idi.

Niko Hulkenberq: “Mənim üçün cümə adi bir gün kimi keçdi. Tək istisna hal isə 2-ci sərbəst yürüşdə ən yumşaq təkərlərdə yüksək sürət nümayiş etdirə bilməməyim idi. 1-ci sərbəst yürüşdə yol çox sürüşkən idi. Ancaq axşam sessiyasına qədər trek normal vəziyyətə qayıtdı. Gün ərzində kifayət qədər uğur əldə etdik. Əgər super yumşaq təkərlərdə sürətli dövrə vursaydım, yarışı daha tez başa vurardım. Hər zaman daha da inkişaf etmək mümkündür, məqsədimiz də elə budur”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Colion Palmer: “Trek olduqca sürüşkən idi və təkərləri idarə etməkdə çətinlik çəkirdik. 2-ci sərbəst yürüşdə bolid daha yaxşı performans göstərsə də, 8-ci döngədəki uğusuzluğum yarışı vaxtından əvvəl başa vurmağıma səbəb oldu. Hər iki sessiyada xeyli inkişaf etmişik. Sabah daha yaxşı nəticə əldə edə bilərik. Xoşbəxtlikdən, bolid o qədər də zədələnməyib. Sıralanma turunda əlimizdən gələni edəcəyik”.

 

Güc qurğusu elementləri dəyişdiyinə görə McLaren pilotları cərimələndilər və bu səbəbdən yarışa 15 yer arxadan başlayacaqlar.

Fernando Alonso: “1-ci və 2-ci sərbəst yürüşlər zamanı bir sıra şeyi sınaqdan keçirdik. Yerə sıxma qüvvəsinin müxtəlif səviyyələrini yoxladıq, sabah üçün bəzi vacib informasiya əldə etdik. Stoffel təkərlərin üzərində işlədi və bolidi yüksək yanacaqla idarə etdi. Bütün bunlar strateji qərarlar qəbul etməyimizdə faydalı olacaq. Trek bu gün mürəkkəb idi. Uzun düz yolda əsas və ehtiyat təkərlər xeyli qızdı. Buna görə də əyləcə basanda onlar qəfildən bloka düşür və dönmə əməliyyatını həyata keçirmək çətinləşirdi. Bu gün bir sıra bolidlərdə nasazlıqlar yarandı. Səbəb isə iştirakçıların bazar günü limitini müəyyənləşdirmək cəhdləri idi. Məncə, sabah və bazar günü daha az nasazlıqlarla üzləşəcəyik. İkinci sessiyanın son yarım saatını əldən verdim. Sabah cədvələ uyğunlaşmaq üçün bolidi yüksək yanacaqla idarə etməliyik. İstənilən halda yarışa sıralanma düzülüşünün sonunda start verəcəyik.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Stoffel Vandorn: “Bugün bütün diqqətimizi uzun sürən tempimizə verdik. Yarış zamanı sıralanma cərimələrimiz olacağını bilirdik. 1-ci sessiyada treki kontrolum altında saxlamağa çalışırdım. Sabah da belə olacağını gözləyirəm. Bolidimiz bu trekdə yaxşı performans göstərir və şəhər halqasında qətiyyətli olmaq üçün bu, çox vacibdir. Simulyatorda etdiyim məşqlər öz bəhrəsini verdi. Harda əyləcə basmalı olduğumu asanlıqla bilirdim. Əziyyətə dəyərmiş. Təkərlər də çox mürəkkəbdir, görünür, hər kəs onları isitməkdə çətinlik çəkir. Tez-tez təkər bloklanmaları ilə üzləşirik, xüsusilə də əyləc zonasında. Trekin uzun düz hissəsində təkərlər soyuyur, ona görə də döngələrdə əyləci var gücünüzlə sıxmalısınız”.

 

Sauber komandasını Azərbaycan Qran Prisində çətin yarış gözləyir. Sessiya plana uyğun getsə də Markus Eriksson və Paskal Verlayn Bakı Şəhər Halqasında hər iki sessiyada çətin anlar yaşadılar. Ümumilikdə isə isveçrəli və alman sürücü müvafiq olaraq, 46 və 44 dövrə başa vurdular.

Markus Eriksson: “Bakıda yaxşı başlanğıc etmədik. 1-ci sərbəst yürüşə orta təkərlərdə başlamaq çətin idi. Sessiya boyunca müxtəlif mexaniki yenilikləri sınaqdan keçirmək istəyirdim. Nəticələri analiz etdidən sonra həftəsonu hansı strategiyanı seçəcəyimizə qərar verəcəyik. 3-cü sərbəst yürüşü və sabah keçiriləcək sıralanma turunu səbirsizliklə gözləyirəm”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Paskal Verlayn: Cümə günü bizim üçün olduqca çətin keçdi. Müxtəlif bolid mexanizmlərini sınaqdan çıxardıq və gündəlik planı uğurla tamamlaya bildik. Trekin quruluşunun bizə çətinliklər törədəcəyini bilirdik, ancaq onun bütün performansımıza tam şəkildə təsir edəcəyini gözləmirdik. Həftəsonu keçiriləcək yarışa hazırlıqlarımız davam edir”.

 

Sahara Force India Bakı Şəhər Halqasında çox aktiv bir gün keçirdi. Hər iki bolid yarışın sonunda ilk onluqda yer aldı.

Serxio Peres: “İlk növbədə bolidi çox qısa zamanda təmir edən mexanik və komanda heyətinə təşəkkür etmək istərdim. Onlar pit yolunun ən yaxşı sakinləridir və bunu bu gün sübut etdilər. Bu səhər əsas məqsədimiz limiti müəyyənləşdirmək idi. Yaxşı ki, bunu sabaha saxlamadıq. Bir az qarışıq bir sessiya idi. 1-ci sərbəst yürüşdə baş verənlərlə yanaşı sarı və qırmızı bayraqlar sesiyanın axıcılılığını pozdu. Hələ də yaxşı mövqedə olduğumuzu düşünürəm”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Esteban Okon: “Bugünki performansımıza görə çox sevinirəm. Bolidi idarə etmək yarışın başlanğıcından çox rahat idi. Dövrələrdəki tıxac və sarı bayraqlara görə maksimal sürəti nümayiş etdirə bilmədik. Ancaq bu o qədər də əhəmiyyətli deyil. Əsas günlər hələ qabaqdadır. Bu trekdə ilk çıxışım idi, əsas məqsədim problemdən mümkün qədər uzaq olmaq idi. Asan trek deyil, amma mən çətinlikləri sevirəm. Trek ensizdir və əyləci basmaqda gecikmə yaşadıq. Ona görə də xeyli sarı bayrağın şahidi olduq”.

 

Scuderia Ferrari komandasının sürücülərini Azərbaycanın paytaxtı Bakıda fərqli trek və fərqli çətinliklər gözləyir.

Kimi Raykkonen F1 təqvimindəki yeni treki belə təsvir edir: “Bakı treki unikaldır. Şəhər treki olsa da Monakodan fərqlənir. Uzun düz yolları və çox dar hissələrinə görə Bakı treki Sinqapurdakı trekə daha çox bənzəyir. Keçən il ilk dəfə idi ki, bu trekdə mübarizə aparırdıq. Şin çox qızırdı və onu idarə etmək çox çətin idi. Bu il artıq 2-ci dəfədir ki, burda yarışırıq. Baxmayaraq ki, bolidlər dəyişib və fərqli təkərlərimiz var, bu yarış hər kəs üçün ötən illə müqayisədə nisbətən asan olmalıdır. Bu gün hava bir qədər sərindir, ancaq həftəsonu temperaturun yüksələcəyi gözlənilir. Ötən il elə komandalar vardı ki, yüksək sürət nümayiş etdirəcəklərini gözləmirdik. Bu il də gözlənilməz nəticələrlə rastlaşa bilərik. Bu mövsüm çox yaxşı performans göstərmişik. Təbii ki, asan və çətin treklər var, ancaq bizim fundamentimiz çox möhkəmdir və sona qədər mübarizə aparacağıq. Əsas məsələ bütün güclərimizi birləşdirmək və ən sürətli komanda adını qazanmaqdır”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Sebastian Fettel də yarış həftəsonunu səbirsizliklə gözləyir: “Kanadada ideal performans nümayiş etdirmədik. Ancaq komanda olaraq, səhvlərimizin üzərində işləməyə başlamışıq. Görək, bu həftəsonu bizi nələr gözləyir. Trek xüsusi fərqli quruluşa malikdir. Keçən il Bakıda yaxşı nəticə göstərdik. Cümə günü bir qədər çətinliklər yaşasaq da, şənbə günü özümüzə gələ bildik və yarışı 2-ci pillədə başa vurduq. Bu il bütün qüvvəmizlə çalışırıq və məncə bu öz bəhrəsini verəcək”.

 

Cümə günü ən gözlənilməz hadisə Red Bull komandasının sürücüsü Maks Ferstappenin hər iki sessiyada yüksək sürət nümayiş etdirərək yarışa liderlik etməsi idi. Daniel Rikkardo öz komanda yoldaşına məğlub olaraq, 10-cu yerlə kifayətlənməli oldu.

Maks Ferstappen: “Sonuncu dövrə istisna olmaqla ümumilikdə yarış yaxşı keçdi. 1-ci dövrədən boliddə özümü rahat hiss edirdim. Onu idarə etmək asan idi və qurduğumuz mexanizmə inanırdım. Zavod və simulyatorda gördüyümüz hazırlıqlar nəticəsində bura güclü mexanizm və rəqabətədavamlı bolidlə gəlmişik. Bu gün bizim üçün ilin ən uğurlu cümə günü oldu. Bu il döngələrdə bolidlər daha çox sürət nümayiş etdirir. Bu isə o deməkdir ki, təkər bloklanması yaşana bilər. Sıralanma turuna doğru qətiyyətlə addımlayırıq, ancaq Mercedes komandasının mühərriki bir qədər yuxarı qaldıracaqlarına görə narahatıq. Günün nəticəsinə görə sıralanmada yuxarı pillədəyik. Mercedes komandası bizə çatmaq üçün xal toplamalıdır. Bu da sabahkı sessiyanı daha həyəcanverici edəcək”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Daniel Rikkardo: “Bugün mən və komanda yoldaşım Maks üçün uğurlu keçdi. Hər iki sessiyanı ilk üçlükdə başa vurduq. Səhər keçirilən sessiyada 2-ci nəticə göstərməyimə baxmayaraq, özümün və bolidimin performansını yüksəldə biləcəyimi düşünürəm. Günorta bir sıra təkmilləşdirmə işləri apardıq və günün sonunda əldə etdiyimiz nəticəyə görə çox sevinirəm. Yarış olduqca maraqlı keçdi. Bolidin səthə doğru sıxıldığını hiss edirdim və onu irəli doğru itməyə başlayırdım. Trek olduqca risklidir. Heç bir səhvə yol vermək olmaz. Bu da trekin əhəmiyyətli xüsusiyyətləridir. Dövrəni uğurla başa vurduqda finiş xəttini keçir və gülümsəyirsən. Cümə günü qələbəni qeyd etmək çox tezdir. Doğru yoldayıq və ümid edirəm, sabah sıralanma turunda öz mövqemizi qoruyub saxlaya biləcəyik”.

 

Azərbaycan Qran Prisindəki sərbəst yürüşlərdə Williams komandasının pilotunun 6-cı pilləyə yüksəlməsi göstərdi ki, Lens Strolun Kanada Qran Prisi nəticəsi onun yarış əzmini dəyişdirib və o, komanda yoldaşı Felipa Massaya etibar edir.

Lens Strol: “Bu günün nəticəsinin müsbət hesab etmək olar, çünki yarış zamanı heç bir problemlə üzləşmədik və planımızı həyata keçirməkdə heç bir maneə ilə qarşılaşmadıq. Belə bir trekdə hər uğurla tamamlanmış dövrə sizdə inam yaradır. Əsas məqsədimiz dövrələri tamamlamaq və planı uğurla həyata keçirmək idi. Bu gün buna nail olduq. Heç bir dövrədə problemlə üzləşmədik və finiş xəttini keçməyi bacardıq. Kanada treki bir sıra səbəbə görə mürəkkəb idi. Burada trekin düz hissəsi xeyli uzundur və təkərləri isitmək üçün kifayət qədər zamanın olur. Bundan başqa trekin ahəngini də bəyənirəm. Bu o demək deyil ki, Kanada trekini bəyənmirəm. Sadəcə olaraq, o trek çox mürəkkəbdir – bolidi qəfil sürətlə idarə etməlisən, trekdə çoxlu sayda döngələr var və əsas məsələ bolidin trekdəki pozisiyasıdır. Düzünü desəm, treki yarış günü tam şəkildə öyrəndim. Sıralanma turu anlaşıqlı deyildi. Bu da şənbə günü nəticəmizə öz təsirini göstərdi. Bakıda isə sərbəst yürüşlər rahat keçdi”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Felipa Massa: “Yarışı belə bir mövqedə bitirəcəyimi gözləmirdim. Yeni təkərlərlə bir neçə dəfə tıxaca düşdüm və buna görə də dövrəni tam olaraq başa vurmaqda çətinlik çəkirdim. Sarı bayraqlar isə əlavə əngəllər yaradırdı. Nəhayət, yarış mövqeyim sabitləşdi və mübarizəni davam etdiririk. İnanıram ki, bu il doğru yolda irəliləyirik və hər şey yaxşı olacaq”.

 

Cümə günü baş tutan yarışı Mercedes komandasının pilotu Valteri Bottas Red Bull Komandasının sürücüsü Maks Ferstappendən 0,100 saniyə geri qalaraq, 2-ci pillədə tamamladı. Azərbaycan Qran Prisinin sıralanma turunda yüksək nəticə göstərmək üçün komanda öz üzərində hələ çox çalışmalıdır.

Valteri: “Sərbəst yürüşlər olduqca çətin keçdi. Maşının mexanizminə uyğunlaşmaqda və balansı saxlamaqda çətinlik çəkirdik. Yaxşı balans üçün lazımi temperaturu əldə etməkdə bizə bir neçə dövrəni ard-arda tamamlamaq lazım idi. 1-ci sərbəst yürüş elə də uğurlu olmadı, ancaq 2-ci sessiyadan əvvəl bir sıra dəyişikliklər etdik və bolidi idarə etmək daha rahat oldu. Doğru yoldayıq. Ümid edirəm, axşam bu istiqamətdə uğurlu addım atacağıq. Bütün gücümüzlə çalışacağıq. Üstünlük qazansaq, poul pozisiyası uğrunda mübarizə aparacağıq”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Səhər 5-ci, günorta isə 10-cu pillədə qərarlaşan Luis ard-arda dalğalanan sarı bayraqlarla zəngin qarışıq yarışda doğru ritmi tutmaqda çətinlik çəkdi.

Luis: “Çətin gün idi. Trek olduqca mürəkkəbdir. Üzləşdiyimiz çətinliklərin öhdəsindən gəlmək üçün əlimizdən gələni etdik. Sıralanma turuna qədər hələ də görməli olduğumuz işlər var. İkinci sessiyada Valterinin performansı ümidverici idi. Bolidin tempi qaydasındadır. Bu gecə baş-başa verib bu tempi yarış həftəsonuna necə daşımalı olduğumuza qərar verməliyik”.

 

Azərbaycan Qran Prisində yarış həftəsonun ilk gününü Toro Rosso komandasının pilotları Daniil Kvyat 8-ci, Karlos Sayns isə 13-cü pillədə başa vurdu.

Karlos Sayns: “Asan gün deyildi. 1-ci sessiyada bolidin balansı ilə bağlı bir sıra problemlərimiz oldu və bu çətinlikləri tez bir zamanda həll etmək mümkün deyildi. Ona görə də 2-ci sessiyadan əvvəl bir sıra dəyişikliklər etdik və yarış vaxtı özümü boliddə daha rahat hiss edirdim. Çox təəssüf ki, yaranmış tıxac və sarı bayraqlara görə bu dəyişiklikləri sınaqdan çıxara bilmədim. 15 dövrəni super yumşaq təkərlərdə başa vurdum, ancaq onların heç birində bolidi irəli apara bilmədim. Xoşbəxtlikdən, hamı eyni vəziyyətdə idi. Ona görə də harada olduğumuzu mühakimə etmək çox çətindir. Sabah super yumşaq təkərlərdə dövrəni tamamlayan kimi performansımızı yüksəldəcəyimizi gözləyirəm”.

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Daniil Kvyat: “Bugünki marşrut planı qəliz idi. Buna baxmayaraq, dövrələrin çoxunu uğurla tamamlaya bildik. Daha çox dövrəni qəzasız başa vurmaq istəyirdim. Mürəkkəb şərtlər altında yarışdığımıza görə heç də hər şey aydın deyildi. Bir göz qırpımında səhv etmək olardı. Sabah əlimizdən gələni edəcəyik. Düşünmürəm ki, pis vəziyyətdəyik. Ancaq irəliləməyə davam etməliyik. Sabah yeni gündür!”