İyun

18

Kevin Maqnussen: Bakı treki Monza və Monako treklərinin qarışığıdır

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Hass F1 komandasının pilotu Kevin Maqnussen ilə müsahibə.

Haas F1 komandasının ikinci mövsümünün ilk üçdə biri arxadadır. Siz mövsümü və bu komandanın bu günə olan inkişafını necə qiymətləndirirsiniz?

“Fikirləşirəm ki, çox yaxşı idi. Birinci mövsüm komanda üçün dərin təsir bağışladı. Onlar yaxşı nəticə göstərdilər. İkinci mövsümdə daha da təkmilləşmək üçün həmişə müəyyən çətinliklər olur, lakin biz buna həqiqətən də hazırıq. Bu il indiyə qədər olan yarışlardan əldə etdiyimiz xal keçən ilin bütün yarışlarından topladığımızla eynidir və belə ki, irəli addımlamaq baxımından yaxşı göstəricidir. Əsas məqsədimiz keçən ildən daha yaxşı nəticə göstərmək və daima irəli addımlamaqdır”.

Bu il Kanada Qran Prisində komandaların saniyənin onda biri ilə fərqlənməsi orta mövqelərin necə gərgin olmasına nümünədir. Hər kəs Mercedes və Ferrari arasında gedən mübarizədən danışır, lakin Force India, Toro Rosso, Williams, Renault və Haas komandaları arasında gedən orta mövqe mübarizəsini necə xarakterizə edərdiniz?

“Demək olar ki, çox yaxındır və kiçik bir səhv sənə baha başa gəlir. Yarış belə olmalıdır. Formula 1-dən əvvəl iştirak etdiyim digər yarış kateqoriyalarında da həmişə belə olub. Yenidən əsil yarışlara qayıtmaq çox gözəldir.”

Bakı Şəhər Halqasında keçən il ilk yarış olduğundan məşqlər yalnız stimulyatorda aparılırdı. Reallıqda treklər ətrafında sizin ilk dövrəniz simulyatorda olanla müqayisədə necə təsir bağışladı? Əgər simulyator olmasa idi, bələd olmadığınız trekdə yarışa necə hazırlaşardınız?

“Mən əslində Bakı Şəhər Halqasında simulyatordan istifadə etməmişəm. Döngələrin necə olduğunu bilməyərək trekə çıxmaq əla təcrübədir. Mən bu treki çertyojdan öyrənmək məcburiyyətində qaldım. Bu, çox gözəl təcrübə oldu və trek çox yaxşı təsir bağışladı. Mən yenidən bura qayıtmağı səbirsizliklə gözləyirəm.”

Keçən il Bakı Şəhər Halqası Formula 1-dəki ilk çıxışında ən sürətli şəhər treki oldu və sürət yalnız həmin il yüksəldi. Yalnız bir yaşı olan trekdə siz yeni, sürətli və böyük olan builki boliddən gözləntiniz nədir?

“Çox əyləncəli olacaq. Yerə sıxma gücü artdığına görə döngələr daha surətli olacaq. Sürətlənmə düzlüklərində ötən ildəkindən bir qədər az sürət gözlənilir. Güman edirəm ki, Bakıda biz köhnə bolidlərdən heç də sürətli hərəkət etməyəcəyik, amma yenə də döngələrdə bu kifayət qədər əyləncəli və çətin olacaq.”

Bakıda keçən il keçirilən yarışlardan bu ilki yarışlara tətbiq ediləcək hər hansı bir təcrübəniz varmı, yoxsa bolidlərin tamamilə fərqli olması buna icazə vermir?

“Mən indi treki bilirəm və döngələrin necə olduğunu bilirəm. Bu il zənnimcə uyğunlaşmaq daha asan olacaq. Ötən ildəkindən fərqli olaraq bir neçə döngəni keçmək daha asan olacaq, bu döngələrə 13-cü döngə də daxildir. Bu çox əla təcrübə olacaq.”

Ən çox birinci il yarışların bəzi çətinlikləri olur. Lakin keçən il olan yarış inanılmaz dərəcədə yaxşı keçdi. Bakının ilk yarışı haqqında hansı təəssüratlarınız var?

“Bu kifayət qədər əla yarış idi. Bakı ötmələr üçün çox yaxşı fürsətlər verir. Yarışda gərgin mübarizə var – bu həmişə yaxşıdır.”

Bakı Şəhər Halqasının ən çətin hissəsi haradır və nə üçün?

“Ən çətin hissə ikinci hissədir. Burada sürət aşağıdır və həmçinin bu hissə çox dardır. Burada asanlıqla səhvə yol verə bilərsən.”

Bakı Şəhər Halqasının ən çox xoşunuz gələn hissəsi haradır və nə üçün?

“Deyərdim ki, darlığına görə elə ikinci hissədir. Bu, çox əyləncəlidir və burada sən çox dəqiq olmalısan.”

Bakı Şəhər Halqasında vurduğunuz dövrəni təsvir edin.

“Güman edirəm ki, bu, Monza və Monako treklərinin qarışıq formasıdır, çox qeyri-adidir. Burada yenidən yarışmağı səbirsizliklə gözləyirəm.”