İyun

18

Roman Qrojan: Bakı treki - iki müxtəlif trekin birləşməsini xatırladır

FORMULA 1 AZERBAIJAN GRAND PRIX

Hass F1 komandasının pilotu Roman Qrojan ilə müsahibə.

Haas F1 komandasının ikinci mövsümünün ilk üçdə biri arxadadır. Siz mövsümü və bu komandanın bu günə olan inkişafını necə qiymətləndirirsiniz?

“Bu kifayət qədər yaxşı başlanğıcdır. Fikirləşirəm ki, keçən ildən bəri hər cəhətdən böyük addımlar atmışıq. Biz çox inamlıyıq. Keçən ilə nəzərən yarış balımızı daha yuxarı qaldıra bilmişik, bu çox yaxşı cəhətdir. Bizim yaxşılaşdırmaq istədiyimiz və bunun öhdəsindən gələ biləcəyimiz hələ çox sahələr var. Ümumiyyətlə komandanın yüksəlişi məni çox məmnun edir.”

Bu il Kanada Qran Prisində komandaların saniyənin onda biri ilə fərqlənməsi orta mövqelərin necə gərgin olmasına nümünədir. Hər kəs Mercedes və Ferrari arasında gedən mübarizədən danışır, lakin Force India, Toro Rosso, Williams, Renault və Haas komandaları arasında gedən orta mövqe mübarizəsini necə xarakterizə edərdiniz?

“Bu həqiqətən həyəcanvericidir. Əgər siz böyük üç komandanı ön sıradan götürsəniz və yalnız orta mövqeləri saxlasaydınız hər bir Qran Pridə fərqli komanda yarışın qalibi olacaq. Kanadada poul pozisiyası ilə P2 arasındakı fərq P10-dan təxminən P17 və ya P18-ə qədər olandan daha böyük idi. Bu yarışın orta xəttdə necə gərgin olduğunu və hər dəfə boliddən 100 faiz məhsuldarlıq əldə etməli olduğumuzu bir daha göstərir.”

Bakı Şəhər Halqasında keçən il ilk yarış olduğundan məşqlər yalnız stimulyatorda aparılırdı. Reallıqda treklər ətrafında sizin ilk dövrəniz simulyatorda olanla müqayisədə necə təsir bağışladı? Əgər simulyator olmasa idi, bələd olmadığınız trekdə yarışa necə hazırlaşardınız?

“Simulyatorların köməyi çox olur, lakin bu trekdə ilk dəfə sürmək qədər heç vaxt yaxşı ola bilməz. Əgər bu xüsusilə də yeni Qran Pridirsə, trek yolu heç zaman simulyatorla 100 faiz üst-üstə düşmür. Güman edirəm ən doğrusu treki gəzmək, necə olduğunu görmək, sonra ilk bir neçə dövrədən sonra möhkəmləndirmək və öz yolunu orada müəyyən etməkdir.”

Keçən il Bakı Şəhər Halqası Formula 1-dəki ilk çıxışında ən sürətli şəhər treki oldu və sürət yalnız həmin il yüksəldi. Yalnız bir yaşı olan trekdə siz yeni, sürətli və böyük olan builki boliddən gözləntiniz nədir?

“Bu, həddən artıq həyəcanlı olacaq. Fikirləşirəm ki, trekin bəzi hissələri daha böyük bolidlər üçün dar olacaq, lakin bəzi döngələr hərəkət üçün çox yaxşıdır. Sürətlənmə düzlüyündə ötən ildəki ilə müqayisədə sürət bir az aşağı olacaq. Zənnimcə bu bolidlərlə yarışmaq, o cümlədən əyləci gec basmaq, döngələrdə çoxlu sürət yığmaq və divarlar boyunca davam edən kifayət qədər sürətli döngələr ətrafında manevr etmək baxımından trek maraqlı olacaq.”

Bakıda keçən il keçirilən yarışlardan bu ilki yarışlara tətbiq ediləcək hər hansı bir təcrübəniz varmı, yoxsa bolidlərin tamamilə fərqli olması buna icazə vermir?

“İnanıram ki, bolidlər fərqli olsa da, keçən ildən qalan bir çox şeyləri yarışa gətirmək olar. Biz keçən il nə etdiyimizi, hansı qurğuların olduğunu və yarışı daha yaxşı necə edə biləcəyimizi götür-qoy edəcəyik. Fikirləşirəm ki, artıq müəyyən ideyalarımız var, biz onları bu ilin yenilikləri ilə birlikdə tətbiq edəcəyik. Hər zaman öyrənə və təkmilləşdirə biləcəyimiz sahələr var.”

Ən çox birinci il yarışların bəzi çətinlikləri olur. Lakin keçən il olan yarış inanılmaz dərəcədə yaxşı keçdi. Bakının ilk yarışı haqqında hansı təəssüratlarınız var?

“Bu çox yaxşı yarış idi. Bu şəhər gözəldir və Bakı Şəhər Halqası yaxşı trekdir. Bir çatışmazlıq var idi ki, o da plastik paketlərin ətrafda uçuşması idi – onlardan biri radiatorin sorma hissəsini tutaraq doğurdan da yarışda xal qazanmağımıza mane oldu. Ümid edirik bu cəhətdən irəliləmə olacaq. Mənim üçün bu, mükəmməl keçən yarış həftəsonunun yeganə çatışmazlığı idi.”

Bakı Şəhər Halqasının ən çətin hissəsi haradır və nə üçün?

“Deyərdim ki, trekin arxa hissəsində yarışmaq, o cümlədən Qala divarlarının ətrafında sürmək, təpə yuxarı sürmək, sonra aşağıya doğru irəliləmək və axırıncı iki döngələrdən keçərək dövrəyə davam etmək olduqca çətin idi.”

Bakı Şəhər Halqasının ən çox xoşunuz gələn hissəsi haradır və nə üçün?

“Düzünü desəm, elə eyni yerlər. Bu, ən çətin hissədir. Kifayət qədər yüksək sürətlə gedərkən əyləci basaraq sən bu döngələrdə düzgün tarazlıq əldə etməlisən. Hər şeyi düzgün etdikdə bu, çox həyəcan verir.”

Bakı Şəhər Halqasında vurduğunuz dövrəni təsvir edin.

“Siz trekin birinci hissəsindəsiniz – böyük sürətlənmə düzlükləri və sonra 90 dərəcəli kəskin döngələr. Ən həyəcanlı yeri bu deyil, ancaq ötmək üçün əla yerdir. Sonra trek çox dəyişir. Çox dar döngələr var, amma axıcıdır. Qalanın ətrafında yoxuş yuxarı sürətlə hərəkət edirsən. Son iki döngə enişlidir və daha sonra uzun sürətlənmə düzlüyü ilə hərəkətə davam edirsən. Bu, həqiqətən də bir trekdə iki müxtəlif trekin birləşməsini xatırladır.”