Azərbaycanda “Formula 1” filminin qapalı nümayişi baş tutub

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat  Şirkətinin dəstəyi ilə “Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

 

Filmin rejissoru “Top Qan: Meverik” və “Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə, həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihənin prodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

 

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

 

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanəvi pilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdır ki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

 

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

 

Gecə “Formula 1” filminin birgə izlənməsi ilə yekunlaşdı.

 

Tamaşaçılar ilin ən çox gözlənilən filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində izləyə biləcəklər. Həmçinin “CineMastercard” kinoteatrı “Formula 1” filmini ən son texnologiyalar olan 4DX və ScreenX formatlarında izləmə imkanını təqdim edir.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency