Colion Palmer: Şəhər trekində hər an diqqətli olmalısan!

Bakı Şəhər Halqası haqqında düşüncələriniz nələrdir?

Hesab edirəm ki, Bakı Şəhər Halqası yaxşı trekdir. Şəhər treklərində rastlanmayan yüksək sürətli hissələrə sahibdir və bu trekdə ötmələr mümkündür. Trekin orta hissəsi daha gərgin yarışa səhnə olur. Burada trek dolanbaclıdır və eyni zamanda olduqca dardır. Şəhər trekində etdiyin hər bir yanlış divarla toqquşmaya gətirib çıxara bilər və bu baxımdan hər an diqqətli olmalısan. Qala divarlarının yanından keçən hissəni nəzərə almasaq ümumilikdə Bakı treki Monako trekindən daha genişdir. Mümkün olduğu qədər divarlara çox yaxınlaşmalısan ki, döngələri hamar keçərək yığdığın sürəti trekin növbəti hissəsinə daşıya biləsən.

Yenidən Bakı trekində yarışmaq üçün həyəcanlısınızmı?

Mən əvvəlcə Mərakeşdə Formula 2, daha sonra Monakoda GP2 yarışlarında iştirak etdiyimdən bəri şəhər treklərində yarışmaqdan çox böyük zövq alıram. Hər zaman şəhər treklərində daha yaxşı çıxış nümayiş etdirirəm. Bu baxımdan səbrsizliklə istənilən şəhər trekində yarışmağı səbrsizliklə gözləyirəm. Monako ilə müqayisədə Bakıda yarışmağa bir qədər fərqli yanaşıram və buradakı yarış üçün daha çox səy göstərirəm. Yarışa köklənməkdən və divarlara çox yaxın olmaqdan böyük zövq alıram və bu, həm də bizim üçün ən böyük həyəcandır. Artıq ikinci dəfədir ki, yarışı 12-cı sırada başa vururam. Hesab edirəm ki, Bakıda ilk onluğa, bəlkə də ilk səkkizliyə düşə bilərik. Bunun üçün biz çox səy göstəririk, belə davam edəcəyik. Mən özümü yarışa hazır hiss edirəm, start düzülüşündə ön cərgələrə düşmək üçün sıralanma turunda yaxşı mübarizə ortaya qoymalıyam.

Bakıda havanın vəziyyəti sizə çətinlik törədirmi?

Hava yarış həftəsonunda çox isti olacaq. Bakı küləkli şəhərdir və bu səbəbdən işimiz bir qədər çətin olacaq. Külək bolidin üzərindən keçən hava axınına təsir göstərir. Keçmişdə ani əsən güclü küləklərin nəticəsində qəzalar olub və bir sözlə Formula 1 bolidləri küləyə çox həssasdırlar. İki həftə əvvəl Kanadada buna oxşar vəziyyətdə yarış keçirdik, trekin sürətlənmə düzlüyünün son hissəsində külək səbəbindən güclü hava axını çətinlik törədirdi. Bakı dənizkənarında yerləşdiyindən yarış məkanına tərəf dənizdən küləyin əsməsi gözləniləndir.

Ötən il Bakıda ilk dəfə keçirilmiş yarışdan nəyi xatırlayırsıniz?

Yeni trekə uyğunlaşmaq hər zaman çətindir. Bakı trekində digər şəhər trekləri ilə müqayisədə sürətin yüksək olması mübarizəni xeyli çətinləşdirirdi. Biz trekdə qabarların harada olduğunu və həmin yerlərdə hansı sürət həddindən istifadə edəcəyimizi artıq çox yaxşı bilirik. Ötən il mən sıralanma turunda ən arxa sıralarda yer tuta bildim və yarış zamanı mövqeyimi yaxşılaşdıraraq 15-ci yerədək yüksəldim. Yarış zamanı 8-ci ən yüksək sürət nümayiş etdirdim və bu məni daha da ruhlandırdı. Səbrsizliklə növbəti dəfə Bakı trekində yarışmağı gözləyirəm və bu səfər ötən ilki təcrübəmdən yola çıxaraq daha yaxşı nəticə əldə etməyi qarşıya hədəf qoymuşam.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency