
Ferrari komandasının pilotu Luis Hamilton Barselona Qran-prisinin qalibi olub. Bu qələbə britaniyalı sürücünün karyerasında 106-cı, Ferrari ilə isə ilk uğuru kimi tarixə düşüb.
Yarışdan əvvəl əsas favoritlər Mercedes və Ferrari hesab olunurdu. Lakin Şarl Lekler sıralama turunda ardıcıl ikinci həftəsonu qəzaya uğrayaraq yarışa yalnız 10-cu yerdən start verib.
Poulu Mercedes pilotu Corc Rassell qazanıb. Luis Hamilton ikinci, Kimi Antonelli isə üçüncü yeri tutub.
Startda Rassell liderliyini qoruyub, ilk beşlikdə isə mövqelər dəyişməyib. Kimi Antonelli ilə Corc Rassell uzun müddət liderlik uğrunda mübarizə aparıblar. Lakin 37-ci dövrədə Rassellin, 38-ci dövrədə isə Antonellinin pit-stopundan sonra Luis Hamilton liderliyə yüksəlib.
Yarışın taleyinə təsir edən hadisələrdən biri 41-ci dövrədə baş verib. Fernando Alonso 10-cu döngədə bolidini saxladıqdan sonra Virtual Təhlükəsizlik Avtomobili (VSC) rejimi daxil edilib. Luis Hamilton bundan istifadə edərək pit-stop edib. Pit-stopdan sonra o Corc Rassellin önündə qayıdıb və sonrakı dövrələrdə üstünlüyünü tədricən artırıb.
Mercedes pilotları isə ikinci yer uğrunda mübarizə ararıblar. 61-ci dövrədə Antonelli rəqibini geridə qoyaraq ikinci pilləyə yüksəlib. Lakin cəmi bir neçə döngə sonra onun bolidi güc qurğusunda yaranan problem səbəbindən dayanıb. Mercedes son üç yarışda ikinci dəfə güc qurğusunda problem yaşayıb.
Yeddiqat dünya çempionu Luis Hamilton isə yarışa tam nəzarət edib. Britaniyalı pilot finişə qədər üstünlüyünü qoruyaraq Ferrari ilə ilk qələbəsini qazanıb.
Corc Rassell yarışı ikinci pillədə başa vurub. Lando Norris isə üçüncü olaraq podiumu tamamlayıb. Beləliklə, 1968-ci ildən sonra ilk dəfə Formula 1-də bütün podium britaniyalı pilotlardan ibarət olub.
Formula 1 üzrə dünya çempionatı iki həftədən sonra Avstriyanın Şpilberq şəhərində davam edəcək.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency