Mercedes AMG Formula 1 komandası Bakı Şəhər Halqasının kralıdır. Ötən il Mercedes komandasının pilotu Niko Rozberq Azərbaycanda keçirilən yarışın qalibi oldu və həmçinin mövsümün sonuncu yarışında dünya çempionu tituluna yiyələndi. Bu dəfə pilotları daha çətin mübarizə gözləyir.
https://twitter.com/MercedesAMGF1/status/877139601802096641
Red Bull Racing komandası deyəndə ağla əla fotolar gəlir. Bu məşhur fotoda qürub edən günəş fonunda Bakı Şəhər Halqasının İçərişəhərdən keçən hissəsində hərəkət edən bolid təsvir olunub.
https://twitter.com/redbullracing/status/877142771009826816
Sahara Force India komandasının Bakı Şəhər Halqası barədə xoş xatirəsi var: ötən il komandanın pilotu Serxio Perez məhz burada podiumda öz yerini aldı. Bolidin rəngi bu il tünd çəhrayı ola bilər, ancaq hədəfi dəyişməz olaraq qalır.
https://twitter.com/ForceIndiaF1/status/876803891794522112
Scuderia Toro Rosso komandası hələ podium arzusunda deyil. Komandanın məqsədi boliddən maksimum yararlanmaqdır. Bu videoda Daniil Kvyat Bakı Şəhər Halqasında yüksək sürətlə yarışmağın detallarını bölüşür.
https://www.youtube.com/watch?v=kKv_8dWedWw
Renault Sport F1 komandası günəşli həftəsonuna və yüksək temperatura hazırdır.
https://twitter.com/RenaultSportF1/status/876759056303763457
Bakının ev sahibliyi etdiyi 2016 Formula 1 Avropa Qran Prisi rekord göstəricilərlə yadda qaldı. Ötən ilin nailiyyətlərindən biri də Williams Martini Racing komandasına məxsusdur. Bu komandanın heyəti rekord pit-stop göstəricisinə (1.92 saniyə) nail oldu.
https://twitter.com/WilliamsRacing/status/877131029391319044
2017 Formula 1 Azərbaycan Qran Prisi bələdçisi: Farenheyt şkalası və kilometrlər əvəzinə mil. Kimsə bunu etməli idi. Haas F1 komandası sayəsində artıq amerikalı yarış həvəskarları həqiqəti bilirlər: Bakıda temperatur 81 dərəcədir!
https://twitter.com/HaasF1Team/status/876891596956082176
Bu fotolardan sonra Valtteri Bottas fanatlarının Bakıya gəlməmək kimi bir seçimləri yoxdur. Şəhər möhtəşəm görüntüyə sahibdir.
https://twitter.com/ValtteriBottas/status/877203001777238016
Sahara Force India komandasının pilotu Esteban Okon Bakı küçələrində Mercedes AMG bolidinin sükanı arxasındadır. Sizə də elə gəlmir ki, nəsə qaydasında deyil?
https://twitter.com/OconEsteban/status/874292698924142593
Daniil Kvyat Bakı Şəhər Halqası deyildikdə ağlına gələn 5 əsas məqamı bölüşür. Ən bəyəndiyimiz “qucaqlaşmaq” adlı hissə oldu.
https://twitter.com/kvyatofficial/status/876785443525865474
Və nəhayət – 2017 Formula 1 Azərbaycan Qran Prisi haqqında müfəssəl videoçarx özü “çempion” adına layiqdir. 1 dəqiqəlik bu video özündə bütün göstəriciləri və faktları əks etdirir.
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency