Formula 1 Azərbaycan Qran Prisi beynəlxalq avtoidman sərgisində təmsil olunub

Stenddə sərgi ziyarətçilərinə çəkilişdə iştirak edərək Azərbaycana ikinəfərlik səyahət paketi və yarış bileti qazanmaq və simulyatorlarda Bakı Şəhər Halqasında yarışmaq imkanı təqdim olunub. Həmçinin ziyarətçilərə Formula 1-in ən yeni şəhər treki olan Bakı Şəhər Halqası və satışda olan müxtəlif bilet seçimləri haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan Qran Prisini təmsil edən BŞH-nin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ölkəmizdə keçiriləcək Formula 1 yarışına beynəlxalq ictimaiyyətin böyük maraq göstərdiyini bildirib: “Biz Azərbaycan Qran Prisini daha geniş auditoriyaya çatdırmaq üçün yarışı ən yüksək səviyyədə təbliğ etməyə çalışırıq. Bu möhtəşəm sərgidə ötən il də iştirak etmişdik, ancaq bu il Bakıda keçiriləcək yarışa daha böyük maraq müşahidə olundu. Stendimizi ziyarət edən avtoidman həvəskarları böyük həvəslə növbəti yarışı gözlədiklərini bildirdilər.

01

Həmçinin avtoidman sahəsi üzrə ixtisaslaşmış beynəlxalq media qurumlarının təmsilçiləri ilə də görüşlər keçirdik, onlara ilin ən yaxşı yarışına evsahibliyi etmiş paytaxtımızda baş tutacaq növbəti möhtəşəm Formula 1 yarışı ilə əlaqədar son yenilikləri təqdim etdik. Göstərilən beynəlxalq marağa əsasən deyə bilərəm ki, bu il Azərbaycan Qran Prisi xaricdən əvvəlki illərdəkindən daha çox avtoidman həvəskarı cəlb edəcək”.

Qeyd edək ki, Beynəlxalq Avtoidman Sərgisi hər il Formula 1 yarış mövsümü öncəsi qapalı məkanda keçirilən dünyanın ən böyük avtoidman sərgisidir. Sərgi çərçivəsində ziyarətçilərə Formula 1 bolidləri və digər sürət yarışlarında yer alan avtomobillərlə yanaşı avtoidman və avtomobil sahələrinə dair son yeniliklərlə əyani şəkildə tanışlıq imkanı təqdim olunub.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency