Yas Marinada tarixi final! Norris Abu-Dabidə çempion oldu

Formula 1-in 2025 mövsümü Yas Marina halqasında gərgin və dramatik finalla başa çatdı. Üç pilotun titul şansı ilə gəldiyi Abu-Dabi Qran-Prisində McLaren sürücüsü Lando Norris ilk dəfə Dünya Çempionu olaraq karyerasına tarixi imza atdı. Yarışı qazanan Maks Ferstappen isə buna baxmayaraq çempionluqdan cəmi iki xal fərqi ilə kənarda qaldı.

Meksika Qran-Prisindən sonra sürücülər çempionatının lideri olan Norris üçün son yarışlarda gərginlik hakim idi. Las-Veqasdakı ikiqat diskvalifikasiya ardınca Qətərdə yanlış strategiya onun üstünlüyünü ciddi şəkildə azaltdı və mövsümün yekun taleyini final yarışına daşıdı.

Abu-Dabidə podium Norris üçün kifayət idi. McLaren pilotu yarış boyunca riskə getmədən tempi qoruyaraq üçüncü yeri təmin etdi və titulunu sığortaladı. Ferrari sürücüsü Şarl Lekler onu uzun müddət təqib etsə də, britaniyalının çempionluğuna mane ola bilmədi.

Norris finişdən sonra emosional açıqlama verib:

“Bu anı uzun illər xəyal etmişəm. Mövsüm boyu çətinliklər oldu, amma komandamın dəstəyi ilə zirvəyə çıxdıq. Bu hissi sözlə ifadə etmək çətindir”.

Yarışa poul mövqeyindən başlayan Maks Ferstappen mükəmməl temp nümayiş etdirərək mövsümün səkkizinci qələbəsinə imza atdı. Lakin bu nəticə onun beşinci çempionluğunu qazanmasına kömək etmədi. Dörtqat çempion yarışı belə qiymətləndirdi:

“Biz sona qədər mübarizə apardıq. Mövsümün ikinci yarısındakı dönüşümüzdən qürur duyuram. Bu da idmandır – bəzən qazanırsan, bəzən yox. Həyat davam edir”.

McLaren-in digər pilotu Oskar Piastri də çempionluq uğrunda son şanslarını dəyərləndirmək üçün iddialı start aldı. Avstraliyalı sürücü ilk dövrədə komanda yoldaşı Norris-i 9-cu döngədə xaricdən möhtəşəm ötmə ilə geridə qoyaraq mövsümün ən gözəl manevirlərindən birinə imza atdı.

Lakin son hissədə təkər fərqi üstünlüklə Ferstappenə üstünlük verdi və Piastri ikinci yeri tutaraq mövsümü sürücülər sıralamasında üçüncü pillədə başa vurdu.

Final yarışının nəticələri komanda çempionatının taleyini də müəyyənləşdirdi. McLaren sürücülər titulundan sonra komanda çempionatını da qazanaraq mövsümü ikiqat qələbə ilə tamamladı.

Mercedes, Corc Rassell-in əldə etdiyi beşinci yer sayəsində Red Bull-u geridə qoyaraq mövsümü ikinci sırada başa vurdu. Ferstappenin qələbəsi Red Bull üçün çempionatın yalnız üçüncü yerini təmin edə bildi.

Ferrari dördüncü oldu, Williams Qətərdə sığortalanmış mövqeyi ilə beşinci yerdə qaldı, Racing Bulls isə son yarışda xal toplaya bilmədiyi üçün altıncı pilləni qorudu.

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 AZƏRBAYCAN QRAN PRİSİ 2026-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency