Bakı Şəhər Halqası Gənclər Gününə Özəl Endirim Kampaniyası Təqdim Edir

Bu il daha çox yerli gəncin F1 həyəcanını yaxından yaşaması üçün keçirilən kampaniya çərçivəsində tribuna biletləri 50% endirimlə təklif olunur. Kampaniya yalnız tələbələr üçün nəzərdə tutulmuşdur və biletlər məhdud saydadır. 

Bundan başqa, sözügedən kampaniya Azərbaycan vətəndaşlığına və ya rezident statusuna sahib tələbələrə şamil olunur və onlar tələbə kartını təqdim edərək bu endirimdən yararlana bilərlər. Qeyd edək ki, tələbələr endirimli biletləri yalnız şəhərimizin satış məntəqələrindən hərəyə 1 ədəd olmaqla əldə edə bilərlər:

·       “28 Mall” Ticarət Mərkəzi

·       “Gənclik Mall” Ticarət Mərkəzi

·       Heydər Əliyev Sarayı

·       Köşk №1 (M.Rəsulzadə 3)

·       Köşk №2 (Bül-bül prospekti, Nizami küç.)

·       1 saylı "ASAN xidmət” mərkəzi

·       2 saylı "ASAN xidmət” mərkəzi

·       3 saylı "ASAN xidmət” mərkəzi

·       4 saylı "ASAN xidmət” mərkəzi

·       Sumqayıt "ASAN xidmət" mərkəzi

Endirim kampaniyası 5 fevral tarixinədək davam edəcək.

Formula 1 mövsümünün ən sürətli şəhər yarışlarından hesab olunan Bakı yarışı 28-30 aprel tarixlərində baş tutacaq və paytaxtımız ilk dəfə Sprint yarışına ev sahibliyi edəcək. Bu nəfəskəsən həyəcana ortaq olması üçün BŞH yerli gənc azarkeşləri bu endirimdən yararlanmağa çağırır!

Əlavə məlumat üçün *6003 çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency