2022-ci il Azərbaycan Qran Pirisinə qatılmaq istəyən könüllülərin qeydiyyat mərhələsi artıq yekunlaşdı. 31 yanvar tarixindən etibarən qeydiyyatı uğurla başa vuran könüllülərin müsahibə mərhələsinə start verilib.
Bakıda baş tutacaq Formula 1 yarışlarına və ümumilikdə könüllülük fəaliyyətinə olan marağın nəticəsidir ki, 14 yanvarda start götürmüş qeydiyyat prosesi 18 yanvar tarixində bitmişdir. Qeyd edək ki, dörd gün ərzində ümumilikdə 8000-dən çox müraciət qəbul olunub.
Müsahibə mərhələsində namizədlərin motivasiyasına, dil biliklərinə, eləcə də könüllü kimi əvvəlki tədbirlərdə təcrübəsinə, F1 yarışlarında işləmək məqsədi, tədbirə verə biləcəyi töhfələr və digər şəxsi bacarıqlarına xüsusi diqqət yetirilir.
Müsahibə mərhələsindən uğurla keçən könüllülər "Ümumi təlimlər" mərhələsinə dəvət alacaqdır.
Bundan əlavə olaraq, könüllülərin fərdi və peşəkar inkişafları üçün BCC Akademiyada müxtəlif təlimlər, seminarlar və danışıq klubları təşkil ediləcəkdir.
Könüllülük proqramına dair yeniliklərdən anında xəbərdar olmaq üçün sosial media səhifələrimizi izləməyinizi tövsiyə edirik:
Bizimlə əlaqə
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2025 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency