Uniforma və Akkreditasiya Mərkəzi: Azərbaycan Qran-prisinə hazırlığın vacib mərhələsi

Formula 1 Azərbaycan Qran-prisinin başlamasına sayılı günlər qalmış Bakı Şəhər Halqasında hazırlıqlar yekun mərhələyə daxil olur. Lakin yarışın təşkili yalnız trekdə və tribunlarda aparılan işlərdən ibarət deyil. Yarış həftəsində fəaliyyət göstərəcək minlərlə insanın akkreditasiyası, uniforma ilə təmin olunması və işə hazırlığı da böyük bir əməliyyat tələb edir. Bu prosesin əsas ünvanlarından biri isə artıq fəaliyyətə başlayan Uniforma və Akkreditasiya Mərkəzidir.

Mərkəzə hər gün yarışın təşkilinə cəlb olunan əməkdaşlar, könüllülər, marşallar, təhlükəsizlik əməkdaşları və podratçı şirkətlərin nümayəndələri müraciət edir. Burada onların qeydiyyatı aparılır, akkreditasiya kartları hazırlanır və uniformaları təqdim olunur. Yarışa qədər mərkəzdən 12000-ə yaxın akkreditasiya kartının və 8900 uniformanın verilməsi nəzərdə tutulur.

Bu intensiv işin təşkilində 120 könüllü də yaxından iştirak edir. Onlar mərkəzə gələnlərin qarşılanması və qeydiyyatından başlayaraq akkreditasiya kartlarının hazırlanması və uniformaların verilməsinə qədər müxtəlif proseslərə dəstək göstərirlər. Gün ərzində çoxsaylı əməkdaş və iştirakçı ilə işləyən könüllülər üçün bu, həm məsuliyyətli, həm də dinamik iş mühiti yaradır.

 

Bilet al
Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqini istifadə edirsənsə, sürət səninlədir. Bu tətbiq ilə Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026 haqqında bütün yeniliklər cibindədir.

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2026 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency