Formula 1 Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib.

Belə ki, Bakı yarışının qlobal auditoriyası 60 milyona yaxın olmaqla, bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Yaponiya (116 faiz artım), Polşa (76 faiz artım), Kanada (34 faiz artım), Macarıstan (33 faiz artım), ABŞ (21 faiz artım) kimi ölkələr bu sıraya daxildir. Bu il Formula 1 Azərbaycan Qran Prisinin izləyici kütləsi arasında top üçlükdə İtaliya, Birləşmiş Krallıq və Niderland yer alır.

2022-ci il Formula 1 Azərbaycan Qran Prisini Formula 1-in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib. Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb.

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin sosial media (Facebook, Instagram, Twitter, Youtube) izləyicilərinin sayı 116 faiz artmaqla  yüksək həddə çatıb.

Bundan başqa, Formula 1 azarkeşləri arasında keçirilən sorğuya əsasən, respondentlərin 74  faizi  Formula 1 Azərbaycan Qran Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Azarkeşlərin 73 faizi Bakı Şəhər Halqasının F1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib.  Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının Formula 1 təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb. 

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency