
Formula 1 Azərbaycan Qran Prisinin 2026-nın həftəsonunda Bakı Şəhər Halqasında hər şey saniyələrlə ölçülür. Bolidlər dövrələri yüksək sürətlə tamamlayır, tribunalar dolur, azarkeş axını davam edir. Bütün bu hərəkətin içində isə təxminən 2 min könüllü öz yerlərində iş başındadır.
Onları trekin müxtəlif hissələrində görmək mümkündür. Könüllülər azarkeşlərin doğru istiqamətə getməsinə kömək edir, qonaqları qarşılayır, məlumatlandırma məntəqəsində çalışır və yarışın əməliyyat proseslərinin arxasında dayanır.
Bu komandanın bir hissəsi olmaq istəyənlərin sayı isə ildən-ilə artır. Bu il cəmi 72 saat ərzində 49 min müraciət daxil olub. Son 10 ildə isə 20 mindən çox könüllü Bakıda keçirilən Formula 1 yarışlarının bir parçasına çevrilib.
Beləliklə, Formula 1-i yalnız pilotlar və bolidlərdən ibarət deyil. Bu yarışın hər anında onun arxasında böyük bir komanda dayanır.
Bizimlə əlaqə
Biletlər:
+994 12 404 13 93 [email protected]
Ümumi sorğular:
+994 12 404 13 90 |[email protected]
Könüllü sorğuları:
+994 12 404 13 83 |[email protected]
Marşal sorğuları:
Yeniliklərdən xəbər alın
Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!
The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.
© 2026 Baku City Circuit Operations Company
Designed by SHOWRUNNERS agency