Formula 1 Azərbaycan Qran Prisi həvəskarlarına xoş xəbər!

Formula 1 azarkeşlərinin səbrsizliklə gözlədiyi avtoqraf sessiyası iki illik  fasilədən sonra Azərbaycan Qran Prisinə  qayıdır. Avtoidman həvəskarları yarış həftəsi, şənbə günü dünyaca məşhur pilotlarla yenidən görüşmək imkanı qazanacaqlar.

11 iyun tarixində bütün bilet sahibləri Formula 1 şəhərciyi ərazisində baş tutacaq avtoqraf sessiyasında öz sevimli ulduzlarını görə biləcəklər.

Formula 1-in üçüncü sərbəst yürüşündən öncə nəzərdə tutulan avtoqraf sessiyasında azarkeşlər kral yarışlarının ulduz sürücüləri ilə görüşmək, xatirə şəkli çəkdirmək və xüsusi imzalı kartları özləri ilə götürmək imkanı əldə edəcək, bu möhtəşəm görüşdən xoş təəssüratlarla ayrılacaqlar.

Bilet sahiblərindən avtoqraf sessiyalarının bir hissəsi olmaq və avtoidmanın məşhurları ilə görüşmək üçün əvəzolunmaz şansı əldən verməmək üçün Azarkeş Zonasına erkən gəlmələri xahiş olunur.

Avtoqraf sessiyaları ilə yanaşı, bu ilin bilet sahibləri “Pit” zolağında gəzə  biləcəklər. “Pit” zolağı gəzintisi 9 iyun tarixində nəzərdə tutulub.

Xatırladaq ki, yalnız üç günlük bileti olan tamaşaçılar “Pit” zolağında gəzə biləcəklər.

Bakı Şəhər Halqası yarışı yaxından izləmək və unudulmaz anlar yaşamaq istəyən tamaşaçıları Formula 1 Azərbaycan Qran Prisi 2022-yə dəvət edir, bunun üçün hər kəsi bilet almağa səsləyir.

01

Bilet al

RƏSMİ MOBİL TƏTBİQ İLƏ YENİLİKLƏRDƏN XƏBƏRDAR OL

Baku City Circuit mobil tətbiqi ilə ən sürətli sən ol. Bu tətbiq FORMULA 1 QATAR AIRWAYS AZƏRBAYCAN QRAN PRİSİ 2025-in bütün həyəcanını - yarış haqda ən son yenilikləri, bilet məlumatlarını cibinizə daşıyır

App Screen
App Store
Google Play
BCC
iTicket.AZ
Rəsmi bilet təminatçısı

Yeniliklərdən xəbər alın

Ən son yenilikləri ilk əldə etmək üçün abunə olun!

Təşəkkür edirik!
İndi siz bizim daxili dairəmizdəsiniz. Eksklüziv yeniliklər və həyəcanverici xəbərlər üçün hazır olun, onlar birbaşa poçtunuza göndəriləcək.
Sosial mediada bizi izləyin
FacebookInstagramXTikTokLinkedIn

The F1 FORMULA 1 logo, F1, FORMULA 1, FIA FORMULA ONE WORLD CHAMPIONSHIP, AZERBAIJAN GRAND PRIX, GRAND PRIX and related marks are trade marks of Formula One Licensing BV, a Formula 1 company.
All rights reserved.

© 2025 Baku City Circuit Operations Company

Designed by SHOWRUNNERS agency